2016-cı ildə atmosfer havasının çirklənməsi ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında bildirilib ki, atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 24 məntəqədə aparılıb.

"Olaylar" - a verilən məlumata görə, hesabatda qeyd olunub ki, bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 2016-cı il ərzində 89135 nümunə götürülüb və həmin nümunələr üzərində 17 adda çirkləndirici üzrə 90839 analiz aparılıb: "Hesabat dövründə aparılan müşahidələrin nəticələri göstərib ki, Bakı şəhərində havada əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı 1.3, azot 4-oksid 1.2, formaldehid 2.3, hidrogen flüorid 1.6 dəfə Yol Verilən Qatılıq Həddini (YVQH) keçib. Sumqayıt şəhəri üzrə havada əsas çirkləndiricilərdən azot 4-oksid 2.2 dəfə, hidrogen flüorid 2 dəfə YVQH-dən yüksək olub. Gəncə şəhəri üzrə atmosfer havasında  müşahidə olunan zərərli maddələrdən hidrogen flüorid 1.2 dəfə yol verilən qatılıq həddindən artıq olub. Mingəçevir şəhərində aparılan müşahidələrin nəticələrinə görə, toz - 1.3 və fenol 1.7 dəfə YVQH-dən yüksək olub. Şəki, Lənkəran və Naxçıvan şəhərləri üzrə atmosfer havasındakı zərərli inqrediyentlərin orta və maksimal qatılıqları yol verilən qatılıq həddini keçməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31