Azərbaycana qənim kəsilənlər
Bir qayda olaraq Azərbaycan dövləti uğurlu layihələrə imza atanda, beynəlxalq əhəmiyyətli tədbirlər reallaşdırmaq mərhələsində olanda, ən əsası hakimiyyət xalqın rifah halını yaxşılaşdırmağa yönəlik islahatlar həyata keçirəndə antiAzərbaycan şəbəkəsi və onların daxildəki əlaltıları aktivləşməyə başlayırlar. Hazırda da bu mənfi tendensiya özünü göstərməkdədir. Yenə də “mübarizə meydanında” ənənəvi “oyunçulardır”. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası. Eləcə də cıəmiyyətdə heç bir siyasi nüfuzu və çəkisi olmayan Milli Şuradır.
2 Fevral 2017 15:52 SiyasətYaxud erməni maliyyəsinə arxalanan siyasi oyunbazlar
Bir qayda olaraq Azərbaycan dövləti uğurlu layihələrə imza atanda, beynəlxalq əhəmiyyətli tədbirlər reallaşdırmaq mərhələsində olanda, ən əsası hakimiyyət xalqın rifah halını yaxşılaşdırmağa yönəlik islahatlar həyata keçirəndə antiAzərbaycan şəbəkəsi və onların daxildəki əlaltıları aktivləşməyə başlayırlar. Hazırda da bu mənfi tendensiya özünü göstərməkdədir. Yenə də "mübarizə meydanında" ənənəvi "oyunçulardır". Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası. Eləcə də cıəmiyyətdə heç bir siyasi nüfuzu və çəkisi olmayan Milli Şuradır.
Son vaxtlar hər iki partiya rəhbərliyinin keçirdikləri toplantı və aksiyalarda, görüşlərdə səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, radikal düşərgəyə yeni bir tapşırıq gəlib. Həmin tapşırığı icra etmək üçünsə radikallar haqlı-haqsız, yerli-yersiz, şüurlu-şüursuz şəkildə hakimiyyəti hədəf seçməli, onun yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid etməli, ictimai rəyi çaşdırmalıdır. Radikal siyasi partiya liderlərinin son günlər özlərinə yaxın media qurumlarında verdikləri açıqlamaların məqsədi də də elə buna yönəlib. Məsələn, AXCP sədri Əli Kərimlinin hələ də meyiti ermənilər tərəfindən girov saxlanılan Çingiz Qurbanov barədə yazdığı statusun Azərbaycan Prezidentinin Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı sərəncam verdiyi günlərdə sosial şəbəkədə peyda olması heç də təsadüfi sayıla bilməz. Bir növ radikalların "lideri" hesab edir ki, həmin statusu yazmaqla hakimiyyət qarşısında əks arqument qoyur, ictimaiyyətin fikrini Cocuq Mərcanlıdan daha çox şəhid Çingiz Qurbanova yönəltmiş olur. Əslində bu gediş özü AXCP sədrinin nə qədər siyasi etikadan kənar bir fəaliyyət növü ortaya qoyduğunu göstərir. Çünki Əli Kərimlidən fərqli olaraq dövlət başçısı üçün hər bvir vətəndaşın taleyi önəmlidir və eləcə də Çingiz Qurbanovun. Necə ki, Azərbaycan Prezidenti Mübariz İbrahimov, Ramil Səfərovun timsalında bunu sübuta yetirmişdi. Əli Kərimli isə nə düşünür və xalqın arasında necə fikir ayrılığı yaratmağa çalışır, buna diqqət yetirək: "30 gün oldu. Şəhid əsgərimiz Çingiz Qurbanovun nəşi hələ də erməni əsirliyindədir. Hakimiyyət qətiyyən narahat deyil. Şəhidimizin ailəsi və doğmaları isə bu dünyada cəhənnəm əzabı çəkir. Sizcə şəhid cənazəsinin hələ də düşmən əlində qalmasının əsas səbəbi hökumətin bacarıqsızlılığıdır, yoxsa insan taleyinə biganəliyi? Məncə, şəhidimizin bir az da bəxti gətirməyib. Əgər seçki kampaniyası dövründə şəhid olsaydı, iqtidar əlindən gələni edərdi ki, onun nəşini geri alsın. İndi isə nələrinə lazım? Öz ürəkləri yanmır, xalq da ciddi tələb etmir". Göründüyü kimi Əli Kərimli şəhid ruhu üzərindən də siyasi məqsədləri üçün yararlanmağa çalışır. Hakimiyyətin şəhid Çingiz Qurbanovun nəşinin geri qaytarılması istiqamətində çalışmadığını iddia edən Kərimli xalqın gözünün içinə baxa-baxa yalan, böhtan səsləndirir. Halbuki bu siyasi alverçinin özü də yaxşı bilir ki, Azərbaycan dövləti şəhidin nəşinin geri qaytarılması ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb, onlardan prosesə yardımçı olmağı istəyib. Şəhidimizin nəşinin bu qədər uzun müddətdə düşmən əsirliyində qalmasına görə savadsızcasına hakimiyyətin məsuliyyət daşıdığını deyən Əli Kərimli zənn edir ki, onun özü kimi Azərbaycan rəhbərliyi də ermənilərlə maddiyat qarşılığında işbirliyindədir. Vəziyyətdən çıxış yolunu isə AXCP sədri xaricdəki havadarlarından aldığı tapşırıq əsasında etiraz aksiyalarının keçirilməsində görüb. O, qeyd edib ki, daha ciddi etirazlar həyata keçirə bilmirik, mitinq etmirik, küçələrə çıxmırıq. Göründüyü kimi, radikalların son həftələr ərzindəki əsas fəaliyyəti məhz ölkədəki ictimai-siyasi sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanıb. Bu amil Müsavat Partiyasının başqanı Arif Hacılının bir neçə gün əvvəl Məmməd Əmin Rəsulzadənin büstü önündə keçirdiyi aksiya zamanı da özünü göstərib. İsa Qəmbərin səriştəsiz və dağıdıcı xələfi iddia edib ki, müxalifət tezliklə toparlanıb hakimiyyətə gələcək.
Əslində radikalların hazırkı situasiyada, ümumiyyətlə yaxın 40-50 il ərzində belə hakimiyyətə gəlmək güclərinin olmadığı hər kəsə bəllidir. Bunu dolayısıyla onlar özləri də etiraf edirlər. Yuxarıda qeyd etdiyimiz kimi Əli Kərimlinin statusunda yer alan "Daha ciddi etirazlar həyata keçirə bilmirik, mitinq etmirik, küçələrə çıxmırıq" fikri öz-özlüyündə onların heç bir güc və qüvvəsinin olmadığını ortaya qoyur. Yaxud Arif Hacılının "Tezliklə müxalifəti toparlayıb hakimiyyətə gələcəyik" fikri də sabun köpüyündən başqa bir şey deyil. Bunu sübuta yetirmək üçünsə Arif Hacılının sələfi kimi "filosof" olmağa ehtiyac yoxdur. Bir qədər də konkretləşdirsək, nəticə ondan ibarət olar ki, rəhbərlik etdiyi partiyanı toparlayıb bir araya gətirə bilməyən Arif Hacılı müxalifəti necə toparlaya biləcək? Yaxud müxalifət dedikdə Müsavat başqanı öz və AXCP sədri ətrafında mürgü döyən 3-5 nəfəri nəzərdə tuturmu?
Əslində hər şey aydındır və qeyd etdiyimiz kimi radikalların hakimiyyətə gələ bilməyəcəkləri onların özlərinə də gün kimi aydındır. Sadəcə son aylar ərzində Azərbaycan dövləti və onun prezidentinin əldə etdiyi uğurlar, həyata keçirdiyi islahatlar xaricdəki eürmənipərəst dairələrin ciddi narahatçılığına səbəb olub. Xüsusilə, Azərbaycan prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı məlum sərəncamı erməni lobbisində hiddət doğurub. Aprel döyüşlərindəki uğurlardan sonra Cocuq Mərcanlı kəndi ilə bağlı sərəncam Azərbaycan Prezidentinin tarixdə qəhrəman obrazını formalaşdırır. Və şübhə edilmir ki, bu uğurlara daha neçə-neçə nailiyyətlər əlavə ediləcək. Bu isə qeyd etdiyimiz kimi təbii ki, erməni lobbisini, Ermənistanın maraqlarına xidmət edən xarici dairələrin narahatçılığını artırır. Həmin narahatçılıq isə orqanizmdə çiban, yara çıxan kimi radikal müxalifətin ortaya qoyduğu münasibətdə özünü sərgiləyir.
Amma mövcud reallıq ondan ibarətdir ki, radikalların nə deməsindən və hansı addımı atmasından asılı olmayaraq Azərbaycan hakimiyyəti başladığı uğurlu yolu davam etdirir. Çünki bu yolda ona Azərbaycan xalqı dəstək verir.
Süleyman