Gündəm
Ulduz futbolçu karyerasını bitirdi
İngiltərə futbolunun əfsanələrindən daha biri futbolla vidalaşdı. -a istinadən xəbər verir ki, uzun müddət "Çelsi"nın kapitanı olan Frenk Lempard 38 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Ekologiya İdarəsində gənclərlə görüş keçirilib
SOCAR-ın Ekologiya İdarəsində “2 fevral - Gənclər Günü” qeyd edilib. “OLAYLAR”-ın xəbərinə görə, idarənin rəisi Azər Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən daim Azərbaycan gəncliyinə göstərilən etimaddan, böyük diqqət və qayğıdan, ölkəmizdə gənclərin öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Gənclər Gününün MDB məkanında, həmçinin Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda qeyd olunması heç də təsadüfi deyil.
Birgəyaşayış ənənələrinin qorunub saxlanılması müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Göyçay rayonu Peşə Liseyində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, liseyin müəllim və tələbə heyəti iştirak ediblər. Dini icmanın sədri Müşviq Əsgərov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihə çərçivəsində mühazirə və diskussiyaların təşkil ediləcəyini bildirib.
Məktəb rəhbərləri üçün təlim keçirilib
Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda seminar keçirilib.
Gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibləri müküfatlandırılacaq
Gənclər və İdman Nazirliyi tərəfindən noyabr ayından başlayaraq "İdeya var!" gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib.
“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu gənclərin cəmiyyətin social-iqtisadi və mədəni inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində səyləri birləşdirmək üçün, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, bu sənədin “7.5.2. Prioritet 5.2. İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” bölməsinin qarşıya qoyduğu vəzifələri əsas tutaraq “2 Fevral – Gənclər Günü”ndə “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinı elan edib. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqənin məqsədi maliyyə savadlıllığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.
“TƏLƏBƏ” - yeni milli film
Gənc film həvəskarları yeni milli romantik-komediya janrında film çəkilişinə başlayıblar. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və eyni zamanda aktyoru Elşən İsmayılın sözlərinə görə, filmdə Azərbaycanın yaxın keçmişi, müasir həyatı, tələbəlik, gənclərin çılğınlığı, ilk sevgi, saf məhəbbətin tərənnümü və bir çox humanist dəyərlərdən bəhs olunur.
Nəsimi rayonu 2016- cı ili yüksək nailiyyətlərlə başa vurub
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və rejional inkişafa dair konfransda qarşıya qoyduğu vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar edildi.
Fətullah Gülənin bacısı oğlu həbsxanaya göndərildi FETÖ İŞİ
Türkiyənin Manisa vilayətinin məhkəməsi FETÖ terrorçu şəbəkəsinin lideri Fətullah Gülənin yaxın qohumunun həbsinə sanksiya verib. Terrorçuluqda ittiham edilən Gülənin bacısı oğudur.
“ADU-nun tələbəsi olmaq möhkəm bünövrə deməkdir”
Azərbaycan Dillər Universitetinin tələbəsi Kövsər Əsədova İngiltərənin Mançester Universitetinin məzunu olub. Belə ki, ADU-nun 1 saylı İngilis dili (hazırki Pedaqoji (ingilis dili-alman dili üzrə)) fakültəsinin İngilis dilinin xarici dil kimi tədrisi ixtisasına 2012-ci ildə qəbul olan K.Əsədova təhsilini Mançester Universitetində davam etdirib. 1994-cü ildə Sumqayıtda anadan olan K.Əsədova məktəbdə oxuduğu müddətdə dil öyrənməyə böyük marağı olduğu üçün hər il məktəbdə və şəhərdaxili olimpiadalarda qalib olub. ADU-ya qəbul olandan sonra ingilis dili biliyini inkşaf etdirmək məqsədi ilə təhsilini ingilisdilli ölkələrin birində davam etdirmək arzusunda olan tələbəmiz ADU-nun ESSEX qrupunun elanını görəndə bunu yeni bir imkan kimi dəyərləndirməyi qərara alıb və iki turdan ibarət imtahanlar üçün qeydiyyatdan keçib. K.Əsədova ilk turda yazılı imtahanı müvəffəqiyyətlə tamamladıqdan sonra ABŞ-dan gələn müəllimlə şifahi müsahibəyə dəvət olunub. Uğurla bütün mərhələlərdən keçib bu qrupda təhsil alan K.Əsədova İngiltərənin Mançester Universitetinin də tələbəsi olmaq imkanını qazanıb.
Vətəndaşdan təbiətə hədiyyə
01 fevral 2017-ci il tarixində Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub.
Ukraynanın “Result” İctimai Fəaliyyət Mərkəzinin nümayəndəsi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Ukraynanın “Result” İctimai Fəaliyyət Mərkəzinin nümayəndəsi Tatiana Kaluqrianu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
Türkiyə öz sərhədlərini dirijabllarla qoruyacaq
Türkiyə Silahlı Qüvvələri dövlət sərhədlərinin mühafizəsi üçün "ASELSAN" şirkətinin istehsalı olan pilotsuz dirijabllardan istifadə etməyi planlaşdırır. Xüsusi müşahidə sistemləri ilə təchiz olunmuş dirijabllar sərhəd əraziləri boyunca nəzarət edəcək və mümkün sərhəd pozuntusu barədə yaxınlıqdakı hissələrə məlumat verəcək.
Prezidentin öləcəyini deyən ekstrasens həbs edildi
Şri Lanka polisi ölkə prezidenti Maitripala Sirisenanın öləcəyi barədə öncəgörmələrini söyləyən münəccimi həbs edib. O, prezidentin yanvarın sonunda öləcəyini söyləmişdi. Vicita Rohana Vicemuni sosial şəbəkələrdə video yayımlayaraq, ölkə prezidentinin yanvarın 27-də bədbəxt hadisə və ya xəstəlik nəticəsində öləcəyini bildirmişdi.
"Eurovision"un qalibi biseksual olduğunu etiraf etdi
Mən insanın cinsinə deyil, ruhuna aşiq oluram. Biseksualammı? Bəli. Bu sözləri İsveçin "Expressen" nəşrinə 33 yaşlı müğənniLoreen bildirib. Mərakeş əsilli ifaçı 2012-ci ildə "Eurovision"da "Euphoria" hiti ilə qələbəsindən sonra dünyada şöhrət qazanıb. Loreen bu il də müsabiqədə iştirak etməyə hazırlaşır. O, "Eurovision"un seçim turuna "Statements" adlı mahnı təqdim edib.









.jpg)




