Gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibləri müküfatlandırılacaq
Gənclər və İdman Nazirliyi tərəfindən noyabr ayından başlayaraq "İdeya var!" gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib.
2 Fevral 2017 17:41 SosialGənclər və İdman Nazirliyi tərəfindən noyabr ayından başlayaraq "İdeya var!" gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, 2 ay davam edən müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirmək idi. Ümumi mükafat fondu 4000 (dörd min) manat təşkil edən müsabiqəyə yuxarıdakı nominasiyalar üzrə respublika üzrə 273 layihə təqdim edilmişdir. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 (beş yüz) manat, 2-ci yerin qalibi 300 (üç yüz) manat və 3- cü yerin qalibi 200 (iki yüz) manat məbləğində pul mükafatı ilə təltif ediləcək. Müsabiqənin finalı və qaliblərin mükafatlandırma mərasimi 03 fevral 2017-ci il tarix, saat 17.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək.