“TƏLƏBƏ” - yeni milli film
Gənc film həvəskarları yeni milli romantik-komediya janrında film çəkilişinə başlayıblar. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və eyni zamanda aktyoru Elşən İsmayılın sözlərinə görə, filmdə Azərbaycanın yaxın keçmişi, müasir həyatı, tələbəlik, gənclərin çılğınlığı, ilk sevgi, saf məhəbbətin tərənnümü və bir çox humanist dəyərlərdən bəhs olunur.
2 Fevral 2017 17:37 SosialGənc film həvəskarları yeni milli romantik-komediya janrında film çəkilişinə başlayıblar. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və eyni zamanda aktyoru Elşən İsmayılın sözlərinə görə, filmdə Azərbaycanın yaxın keçmişi, müasir həyatı, tələbəlik, gənclərin çılğınlığı, ilk sevgi, saf məhəbbətin tərənnümü və bir çox humanist dəyərlərdən bəhs olunur. Film saf ülvi duyğuların və bir çox insani keyfiyyətlərin təbliği məqsədilə çəkilir. Elşən İsmayılın "TƏLƏBƏ QIZ" hekayəsinin motivləri əsasında hazırlanan filmin adı "TƏLƏBƏ"-dir. Filmin quruluşçu operatoru və ikinci rejissoru gənc film həvəskarı Murad Abdullazadə, baş rolların ifaçıları Məmməd Əliyev və Ənvər Məmmədovdur...
Film, çəkilişləri bitdikdən sonra yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.