“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu gənclərin cəmiyyətin social-iqtisadi və mədəni inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində səyləri birləşdirmək üçün, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, bu sənədin “7.5.2. Prioritet 5.2. İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” bölməsinin qarşıya qoyduğu vəzifələri əsas tutaraq “2 Fevral – Gənclər Günü”ndə “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinı elan edib. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqənin məqsədi maliyyə savadlıllığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu gənclərin cəmiyyətin social-iqtisadi və mədəni inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində səyləri birləşdirmək üçün, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin, bu sənədin "7.5.2. Prioritet 5.2. İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi" bölməsinin qarşıya qoyduğu vəzifələri əsas tutaraq "2 Fevral - Gənclər Günü"ndə "Gənc alimlər və maliyyə savadlılığı" birgə mükafat müsabiqəsinı elan edib. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, müsabiqənin məqsədi maliyyə savadlıllığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır. Mükafat müsabiqəsində AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, maliyyə-kredit sistemindəki təşkilatlardan, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən sənədlərin təqdim olunma gününədək yaşı 35 və ya 35-dən aşağı olan, əlaqəli sahədə ali təhsilli (ən azı magistr dərəcəsinə malik olan) gənc alim və mütəxəssislər bərabər əsaslarla və şəffaflıq qorunmaqla iştirak edə bilərlər.

Müsabiqə aprelin 25-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31