Gündəm
Kraliça işçi axtarır
İngiltərə kraliçası II Elizabet işçi axtarır. “Olaylar” “Miliyyet” -ə istinadən bikdirir ki, kraliça 2, 77 milyon izləyəni olan twittter hesabını idarə etmək üçün illik 30 min sterlink (təxminən 140 min TL) maaşa razı olan komanda axtarır.
Rusiya səfiri: "Azərbaycanın Lapşinin təhvil verilməsi ilə bağlı müraciəti qanunidir"
“Hansısa ölkədə qeyri-qanuni hərəkət edirsənsə, bu barədə bütün dünyaya car çəkmək lazım deyil”. Bunu Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bloqer Aleksandr Lapşinin Azərbaycana verilməsinə münasibət bildirərkən deyib.
Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir”
“Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir”.
Maddi-mədəniyyət nümunələrimizin qorunmasında muzeylər mühüm rol oynayır
AMEA Naxçıvan Bölməsinin Bioresurslar, Təbii Ehtiyatlar İnstitutları və Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.
Daha bir ölkəyə vizasız gedəcəyik
Azərbaycan və Latviya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.
Pakistanda partlayış: xeyli ölü və yaralılar var
Fevralın 13-də axşam saatlarında Pakistanın Lahor şəhərinin Pəncab əyalətinin Məclisi yaxınlığındakı Feyzal meydanında mitinq zamanı güclü partlayış olub.
Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bəzi fərmanlar qüvvədən düşdü
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman verib.
ADU-nun 28 müəllimi mükafatlandırılıb
Azərbaycan Dillər Universitetində (ADU) professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər görülür. Belə ki, müəllimlərin əməyinin qiymətləndirilməsi və rəğbətləndirmə məqsədi ilə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin müvafiq əmrinə əsasən universitetin 28 müəllimi 2016-cı il üçün “İlin müəllimi” elan edilib. Əmrə əsasən, qərara alınıb ki, həmin müəllimlərə birdəfəlik mükafat ödənilsin.
Bəzi “işbazlar” coğrafi göstərici qismində “Naxçıvan” adından qeyri-qanuni istifadə etməklə kontrafakt məhsullar istehsal edirlər
Muxtar respublikada əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən illər ərzində reallaşdırılan məqsədyönlü sosial-iqtisadi islahatların səmərəli nəticəsi kimi qida təhlükəsizliyinin təmin olunması, ixracyönümlü və daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının xüsusi çəkisinin artırılması, bu sahədə geniş məşğulluq imkanlarının yaradılması üzrə sosial rifahın daha da yaxşılaşdırılması istiqamətlərində ciddi uğurlar əldə edilib.
Vergilər Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Ədliyyə Nazirliyi haqqında Əsasnamə dəyişdirildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Milli Məclis fevralın 14-də yığışacaq
Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxılacaq, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Deputatlar Meşə, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxacaqlar. Milli Məclis “Hərbi vəziyyət haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.
Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib ki, ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprel hadisələri bütün bunlara sübutdur.
“Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur”
Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Milli Məclisin deputatı Fəzail Ağamalı prezidentin sərəncamını şərh edib: “Burda nə deyə bilərəm ki! Sadəcə olaraq, cənab prezidentin sərəncamını müzakirə etmək istəmirəm. Çünki sərəncam müzakirə edilmir, ona əməl olunur”.









.jpg)




