Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir”
“Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir”.
13 Fevral 2017 19:00 Siyasət"Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir". Bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. "Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik. Bu, təkcə ATƏT-də deyil, Şərq Tərəfdaşlığı və Avropa İttifaqı çərçivəsində də müzakirə olunur". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31