ADU-nun 28 müəllimi mükafatlandırılıb
Azərbaycan Dillər Universitetində (ADU) professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər görülür. Belə ki, müəllimlərin əməyinin qiymətləndirilməsi və rəğbətləndirmə məqsədi ilə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin müvafiq əmrinə əsasən universitetin 28 müəllimi 2016-cı il üçün “İlin müəllimi” elan edilib. Əmrə əsasən, qərara alınıb ki, həmin müəllimlərə birdəfəlik mükafat ödənilsin.
13 Fevral 2017 18:31 SosialAzərbaycan Dillər Universitetində (ADU) professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər görülür. Belə ki, müəllimlərin əməyinin qiymətləndirilməsi və rəğbətləndirmə məqsədi ilə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin müvafiq əmrinə əsasən universitetin 28 müəllimi 2016-cı il üçün "İlin müəllimi" elan edilib. Əmrə əsasən, qərara alınıb ki, həmin müəllimlərə birdəfəlik mükafat ödənilsin.