Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib ki, ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprel hadisələri bütün bunlara sübutdur.
13 Fevral 2017 18:20 SiyasətFevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib ki, ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprel hadisələri bütün bunlara sübutdur. Onun sözlərinə görə, Xidmətin yarandığı 5 il ərzində onun beynəlxalq əlaqələrini qənaətbəxş hesab etmək olar: "2017-ci ildə səfərbərlik işinin və hərbi xidmətə çağırışın təşkili, yeni nəsil gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, Xidmətin fəaliyyətində operativliyin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi nizam-intizamın möhkəmləndirilməsi, Xidmətin dinamik inkişaf səviyyəsinin artırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması, normativ-hüquqi bazanın möhkəmləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması kimi işlər qarşımızda duran əsas vəzifələrdəndir. Xidmətin şəxsi heyəti ötən 5 ildə olduğu kimi, bundan sonra da dövlətin, xalqın və cənab Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün böyük səy və fədakarlıqla çalışacaqdır".