Gündəm
Çinin öz “Vikipediya”sı olacaq
Yaxın gələcəkdə Çin ərazisində populyar məlumat onlayn kitabxanası olan “Vikipediya”nın yerli versiyası yaradılacaq. T əxmin edilir ki, ensiklopediyanın tərtibatı ilə Çin elmi işçiləri məşğul olacaqlar.
“Microsoft” şirkəti yeni noutbukunu təqdim edib
“Microsoft” şirkəti “Windows” əməliyyat sisteminin “məktəb” versiyası ilə işləyən ilk noutbukunu nümayiş etdirib. 13,5 düymlük displeylə təchiz edilmiş “Surface Laptop” noutbuku 13 düymlük “MacBook Pro”dan daha sürətli işləyir və avtonom iş vaxtı 14,5 saat təşkil edir. Yeni noutbuk Nyu-Yorkda keçirilmiş konfransda təqdim olunub.
“ARM” şirkəti şəkillərin emalı üçün yeni nəsil prosessor təqdim edib
“Android” qurğularının əksəriyyətində Britaniyanın “ARM” şirkəti tərəfindən hazırlanmış prosessorlar istifadə olunur. Məhz bu şirkət “Cortex-A” nüvəsinin və “Mali” qrafik sürətləndiricisinin yaradılması ilə məşğul olur. “ARM” şirkəti martın sonunda “DynamIQ” prosessorlarının yaradılması üçün yeni arxitektura, bu həftə isə şəkillərin emalı üçün “Mali-Cetus” adlı növbəti nəsil prosessor təqdim edib. Bu, yüksək təsvir ölçülü ekranları dəstəkləyən tamamilə yeni arxitekturadır.
Qlobal “Microsoft Imagine Cup”- 2017 müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı,"Youth Inc." gənclərin sahibkarlıq proqramının dəstəyi, "Microsoft Azərbaycan" və "Nar Mobile" şirkətlərinin təşkilatçılığı ilə "Microsoft Imagine Cup 2017" irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib.
Böyük texnoloji şirkətlər “Apple Watch” saatlarının dəstəklənməsini dayandırıb
Bir sıra iri texnoloji şirkətlər, o cümlədən “Google”, “Amazon” və “eBay” “Apple Watch” “ağıllı” saatlarında bəzi proqramların dəstəklənməsini dayandırıb.
“Microsoft” şirkəti yeni əməliyyat sistemini təqdim edib
“Microsoft” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemini rəsmən təqdim edib. Proqram platforması ucuz kompüterlərdə istifadə üçün nəzərdə tutulub və “Google Chromebook” noutbuklarına rəqibdir.
“Wi-Fi” sağlamlıq vəziyyətinin vacib göstəricilərini ölçəcək
Massaçusets Texnologiya İnstitutunun alimləri radiosiqnallardan istifadə etməklə insanın hərəkət sürətini ölçən “WiGait” adlı qurğu hazırlayıblar.
Günay: "Çox şey var ki, onlar bizim əlimizdə deyil"
"Tez-tez səhv etmirəm. Amma insanın hər an dediyi bir "kaş ki"lər var. Bu mənim də həyatımdan yan ötməyib. Nə etsən də bunsuz mümkün deyil. Həyata gəlmişiksə, çəkəcəyimiz yükümüz, edəcəyimiz səhvlər var. Çox şey var ki onlar bizim əlimizdə deyil. Amma cılız insanlar da az deyil".
Bu əlamətlərə etinasızlıq göstərməyin!
B12 vitamininin çatışmazlığı ciddi problemlər gətirib çıxara bilər. Son illərdə aparılan araşdırmalarda hər dörd nəfərdən biri B12 vitamininin defisitindən əziyyət çəkdiyi məlum olub. Bu halların səbəbləri və əlamətləri barədə, habelə onunla mübarizə üsullarını təqdim edirik.
Kim ürəyinin səsini eşidə bilirsə...
Belə bir deyim var: “Ürəyinin səsinə qulaq as”. Bu obrazlı ifadə əslində ilkin mənada deyil, “ürək səsi” burda duyğuların, eyni zamandan vicdanın səsi hesab olunur. İndi ingilislərdə də bu deyim var ya yox, varsa da alimlər onun ilkin versiyasına diqqət ayırıblar. Araşdırıb belə nəticəyə gəliblər ki, kim ürəyinin səsini (burda döyüntüsünü) eşidə bilirsə, deməli o, başqalarına daha həssas adamdır. Ətrafında baş verən hadisələrə laqeyd qala bilmir, insanların dərdinə şərik olur, sevincini paylaşır.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Konfransı keçirilib
Mayın 3-də AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Konfransı keçirilib.
Burak Özçivit nişanlısı Fahriye Evcen haqqında elə sözlər dedi ki...
29 iyunda ailə qurmağa hazırlaşan Burak Özçivit ilə Fahriye Evcen dünən Bebekdə görüntülənib. Cütlük toy planlarını qurduğunu, lakin şad günlərini harada keçirəcəkləri barədə hələ dəqiq qərar vermədiklərini açıqlayıb.
Yüzlərlə çadralı qadın dükana hücum çəkdi - VİDEO
Səudiyyə Ərəbistanındakı ticarət mərkəzlərindən biri dünən endirim kampaniyasına başlayıb. Kampaniya bu gün dayandırılıb. Səbəb isə aksiya barədə elan veriləndən az sonra yüzlərlə çadralı qadının ticarət mərkəzindəki qadın geyimləri dükanına hücum çəkməsidir.
Merayya Kerri əkizlərinə ad günü keçirdi
Məşhur amerikalı müğənni Merayya Kerri əkiz övladları Marookan və Monro üçün ad günü keçirib.
Millimiz Özbəkistanla qarşılaşacaq
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Özbəkistanda təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesi çərçivəsində millimiz 2 yoldaşlıq görüşü keçirəcək. Komandamız hər iki qarşılaşmada meydan sahiblərinin U-19 yığması ilə üz-üzə gələcək. İlk oyun bu gün, ikinci matç isə mayın 5-də baş tutacaq.














