Burak Özçivit nişanlısı Fahriye Evcen haqqında elə sözlər dedi ki...
29 iyunda ailə qurmağa hazırlaşan Burak Özçivit ilə Fahriye Evcen dünən Bebekdə görüntülənib. Cütlük toy planlarını qurduğunu, lakin şad günlərini harada keçirəcəkləri barədə hələ dəqiq qərar vermədiklərini açıqlayıb.
3 May 2017 18:53 Dünya29 iyunda ailə qurmağa hazırlaşan Burak Özçivit ilə Fahriye Evcen dünən Bebekdə görüntülənib. Cütlük toy planlarını qurduğunu, lakin şad günlərini harada keçirəcəkləri barədə hələ dəqiq qərar vermədiklərini açıqlayıb.
Burak Özçivit "Kefimiz yaxşıdır. Toyla bağlı heç bir problem yoxdur, amma toyu harada keçirəcəyimizi inanın ki, biz də bilmirik! Çox diqqətli və vasvası olduğumuz üçün bir qənaətə gəlməmişik. Son sözü gəlin xanım deyəcək. Dəqiqləşəndən sonra açıqlayarıq",- deyə bildirib. Fahriye Evcen isə Burak Özçivitin çəkdiyi "Kardeşim benim 2" filmində rol alması ilə bağlı xəbərləri təkzib edib.
Xatırladaq ki, Burak Özçivit toy və bal ayı üçün ona gələn sponsorluq təkliflərini qəbul etmədiyini bildirmişdi. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.