Gündəm
Türkiyəli aktrisa nişanlandı
Aktrisa Merve Sevi sevgilisi Çalkan Algünlə nişanlanıb. O, nişanından bir foto paylaşaraq fanatlarını təəccübləndirib.
Əflatun Amaşov: "Azərbaycan Mətbuat Muzeyi yaradılmalıdır"
“Azərbaycan Mətbuat Muzeyinin yaradılması vacib məsələdir. Bizim mətbuatımızın tarixi ilə bağlı olan nümunələr bir sıra muzeylərdə, arxivlərdə toplanıb. Çox təəssüf ki, bəzi nəşrlərin nüsxələri Azərbaycanda yoxdur”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
Hər səhər sarıköklü su içməyin MÜHÜM FAYDALARI: çox təəccüblənəcəksiniz!
Sarıkök insan üçün ən faydalı ədviyyatlardan birdir. O, soyuqdəyməyə qarşı güclü vasitədir və cavanlaşdırıcı xüsusiyyətlərə malik olan zəngin antioksidantdır. Bu fantastik ədviyyat müxtəlif xəstəliklərin müalicəsində çox böyük yardım göstərə bilər.
Əlilliyin müəyyən edilməsində nöqsanlara görə baş həkimlərin cəzalanması təklif edilir
Səhiyyə Nazirliyi əlilliyin müəyyən edilməsinə nəzarətin gücləndirilməsi və bu işdə yol verilən ciddi çatışmazlıqların aradan qaldırılması məqsədilə bəzi konkret təkliflərlə çıxış edib. Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyalarının əmək qabiliyyətinin itirilməsinin ekspertizası sahəsində peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi tədbirlər görülməsi zəruridir.
I və IV qrupları üzrə qəbul imtahanının nəticələri elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-də saat 18:35-dən etibarən elan edib.
Məhəmmədrəsul Məcidov: "Hədəfim birinci yerdir"
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında yığmamızın heyətində yer alacaq boksçu, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) bu yarışa hazırlığından və hədəflərindən danışıb.
Bakı-2017: Fələstin - Oman matçında bərabərlik
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışları davam edir. B qrupunda Fələstin və Oman yığmaları qarşılaşıblar. "AZAL Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib - 2:2.
Madrid derbisinin hakimi açıqlandı - Cüneyt Çakır
Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Atletiko" - "Real" cavab oyunu üçün hakim təyinatları açıqlanıb. Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır olacaq. Ona Bahattin Duralla Tarik Ongun yardım edəcək.
Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Türkiyədə Fətullah Gülənə həbs cəzası istənildi - 3 min il
Türkiyə Prokurorluğu Fətullah Gülən üçün 3,6 min ömürlük həbs cəzası tələb edib. Hazırda ABŞ-da olan F.Gülənə qarşı 20-dən çox cinayət işi üzrə ittiham irəli sürülüb. Ömürlük həbsdən əlavə prokurorlar F.Güləni 2 min 900 il müddətinə həbs cəzası verilməsini tələb edib.
Daha 5 mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti dövlət qeydiyyatına alınıb
İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir. Belə ki, mütəmadi olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mənzil mülkiyyətçiləri ilə görüşlər keçirilir, müvafiq qanunvericiliyin müddəaları izah olunur, maarifləndirici broşurlar və materiallar təqdim edilir, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılması istiqamətində dəstək göstərilir.
Deputat: Forumun keçirilməsi Azərbaycanın öz dəyərlərini dünyaya tanıtması üçün gözəl imkandır
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın öz dəyərlərini dünyaya tanıtması üçün gözəl imkandır. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi bu forumlarda fərqli dilləri olan, fərqli etnik qruplara mənsub olan insanlar arasında, eyni bir müstəvidə, qarşılıqlı əməkdaşlıq şəraitində bölünür: “Hesab edirəm ki, belə bir təcrübənin bölüşdürülməsi dünya üçün çox mühümdür. Dünyanın bir çox yerlərində antisemitizm, islamofobiya, ksenofobiya baş qaldırıb və belə bir məqamda dünyanın bir çox yerlərində bu zəmində artan münaqişələr var. Bu mənada mədəniyyətlərin dialoqu mövzusu populyardır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın çox gözəl mədəniyyətlərarası dialoq təcrübəsi var. Buna görə də bu forum bizim üçün öz təcrübəmizi dünya ilə bölüşə bilmək üçün böyük fürsətdir”.
İndoneziyada Şuşanın işğal olunmasının 25-ci ildönümü ilə bağlı tədbir
Azərbaycanın İndoneziyadakı səfirliyində Şuşanın Ermənistan tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən verilən məlumata görə, müxtəlif gənclər təşkilatları, tələbələr assosiasiyaları, QHT nümayəndələri, müstəqil gənc tədqiqatçılar, yazıçılar və jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə ümumi olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Şuşa şəhərində də bəşəriyyətə, tarix və mədəniyyətə qarşı törədilmiş cinayətlərdən bəhs edilib.
DİM: X sinif dərsliklərində səhvlər aşkarlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) iləTəhsil Nazirliyi arasında bağlanmış müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.













