Gündəm
Sərhədlərimizdə ətyeyən hörümçək peyda olub
“Sarı Ömər” adı ilə tanınan ətyeyən hörümçəyi öldürə bilən dərman yoxdur. Türkiyənin Kayseri şəhərində bir binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan Eren Gürpınar adlı şəxs eyvandan və pəncərədən evə girən “sarı qız” adlı 5 hörümcəyi yaxalayıb. Yaxaladığı hörümcəyi tavaya qoyan və ora ət parçaları atan Gürpınar, hörümcəyin əti yediyini görəndə şok keçirib. Hörümçək növbəti ət tikələrini yeyəndə Gürpınar bu prosesi çəkib.
Saakaşvili ekstradisiya olunacaq?
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təkzib edib. Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.
Falçıdan AĞLASIĞMAZ HƏRƏKƏT: Qızları hipnoz edib kişilərə verdi, sonra...
Əs-Suxna şəhəri İŞİD-dən tamamilə azad edib tamamilə azad edib
Suriya ordusu Rusiyanın Kosmik Hava Qüvvələrinin dəstəyi ilə Əs-Suxna şəhərini İŞİD-dən azad edib. Bu barədə "RİA Novosti" agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Hüms vilayətinin şərqindəki şəhər terrorçulardan tamamilə azad olunub.
Ondan sonra məni Vidadi obrazının məşqinə buraxmadılar...
Rola hazırlıq ərəfəsində onunla Akademik Milli Dram Teatrındakı otağında görüşdük. Bir neçə saat sonra “Almaz” tamaşasında Mirzə Səməndər obrazında səhnəyə çıxacaqdı. Əvvəl qrim otağına qalxıb, Mirzə Səməndər cildinə bürünməyinin şahidi olduq. Deyir, keçmiş illərdə qrimi özü edərmiş, müasir zamanın tələbi isə başqadır. O da zamana uyğunlaşıb, özünü peşəkar qrim ustasına həvalə edə bilir.
İŞİD -in növbəti terroru - Pakistan
Pakistanda dəhşətli partlayış törədilib. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, hadisə Kvetta şəhərində bazarda baş verib. Yerli polisin məlumatına görə, 15 nəfər ölüb, 40 nəfər yaralanıb. Partlayışı motosikletlə hərəkət edən terrorçu-kamikadze törədib.
"Murov qartalı"nın arzusu reallaşdı
2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucov tələbə adını qazanıb. Belə ki, o, Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Şəhidin həyat yoldaşı Sevinc Alızadə təəssüratlarını bölüşüb.
Alxanlıda iki yaşlı Zəhra ilə nənəsinin 40 mərasimi keçirilir
Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir. Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov bildirib ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər. “Hazırda qırx mərasimi keçirilir. Səhər saatlarında Zəhranın və nənəsinin məzarını ziyarət etdik. İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib”.
362 nəfər xlordan zəhərləndi
İranın Dizful şəhərində anbarda xlor sızması baş verib. Xlor sızması nəticəsində 362 nəfər zəhərlənib. Zəhərlənənlərdə nəfəs alma problemləri və digər qazla zəhərlənmə əlamətləri müşahidə olunub.
70 ildən sonra İLK DƏFƏ
Ağ ev 1940-cı ildən sonra ilk dəfə əsaslı təmir edilir. ABŞ prezidenti Donald Tramp hazırda Ağ evdə deyil, Nyu-Cersi ştatındakı şəxsi Bedminster qolf klubunda istirahət edir.
Məscidə silahlı hücum
Əfqanıstanın Takhar şəhərindəki məscidlərdən birində insanların ibadət etdiyi zaman naməlum şəxslər tərəfindən atəş açılıb. "Olaylar" Türk mediasına istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Fotoqraflar Birliyi və AMEA birgə müsabiqə ELAN EDİR
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, müsabiqə avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək.
GÜCLÜ YANĞIN - Fransa
Fransanın Korsika adasında güclü yanğın baş verib. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, ölkənin cənub-şərqində son günlərdə isti hava şəraiti səbəbindən güclü yanğınlar qeydə alınır. Adanın istirahət üçün ayrılmış 100 hektarlıq hissəsində 700 nəfər insan təxliyyə edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib.
23 illik eşq bitdi SƏBƏB?
Məşhur türkiyəli müğənni Candan Erçetin və onun həyatı yoldaşı, rejissor Hakan Karahan 23 illik evliliklərini bitirməyə qərar veriblər. "Olaylar" bildirir ki, cütlüyün münasibətlərinin bitmə səbəbi xəyanətdir. Şəxsi həyatlarını hər zaman gözlərdən uzaq yaşamağı üstün tutan cütlük iki ay öncə səssiz-sədasız şəkildə ayrılıb. Məlumata görə, Hakan Karahan ayrılıqdan dərhal sonra həyat yoldaşına xəyanət etdiyi Elif Kıramera adlı qadınla münasibətə başlayıb. Məsələ ilə bağlı açıqlama verən Elif Kıramer isə münasibətləri haqqında bunları deyib:
Muzeyi bölgə muzeyləri ilə əməkdaşlıq edir
Mədəniyyət və Turizm Nazirliyinin razılığı və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü ilə muzey 2017-ci ildən regionlardakı bölgə muzeyləri ilə “Əməkdaşlıq və metodiki yardım” adlı layihənin həyata keçirilməsinə start verib. Məqsəd bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir. Milli İncəsənət Muzeyindən "Olaylar" - a bildirilib ki, ilk olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən bu bölgənin - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-diyarşünaslıq muzeyləri, M.Ə.Sabirin ev-muzeyi və İsmayıl bəy Qutqaşınlının xatirə muzeyi əməkdaşları ilə görüş keçirilib.




.jpg)





.jpg)
.jpg)
.jpg)

