Gündəm
Yerə "ulduzlararası" kometa yaxınlaşır - VİDEO
Günəş sisteminə ilk dəfə olaraq başqa qalaktikadan kometa daxil olub. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Havay adalarındakı "PanSTARRS1" teleskopu ilə müşahidə aparan astronomlar bu səma cismini qeydə alıblar. "Comet C.2017 U1" adlı kometa yadplanetlilərin gəmisinə bənzəyir. Dünya astronomiya tarixində ilk dəfədir ki, Günəş sistemindən kənar, Oorta buludundan və ya Koyper qurşağından gəlməyən kometa qeydə alınır. Komatanın orbitinin eksentrisitetinin böyük olması onun Lira ulduz topasındakı Veqa ulduzu səmtindən hərəkətə başladığını güman etməyə imkan verir. "Comet C.2017 U1"in diametri 160 metr, sürəti isə 26 km/saniyədir. Hazırda kometa Merkurinin orbiti ilə Günəş arasındadır ki, bu da Günəşlə Yer arasındakı məsafədən 5 dəfə kiçikdir.
“Neftçi”nin prezidentindən ittiham: "Ədalətli hakimlik olsaydı…"
"Neftçi"nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib. Klub prezidenti Topaz Premyer Liqasının noyabrın 19-da keçirilmiş "Neftçi" - "Qəbələ" matçında şübhəli hakim qərarlarına münasibət bildirib: "Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik. Ədalətli hakimlik olsaydı, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər.
Türkiyə Baş Qərargah rəisi Rusiyaya getdi
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər edib. Bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat verir. H.Akarın Soçidə rusiyalı və iranlı həmkarları ilə görüşəcəyi bildirilir.
Kollecdən sonra ali məktəblərdə oxuyanlar üçün təhsil müddətləri azala bilər
Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur. Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.
Bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər - RƏSMİ
“Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali təhsildən gözləntilər” adlı seminarda deyib. Şöbə müdiri bildirib ki, bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir. Həmin xtisaslar üzrə minimal keçid balı 250-dir.
Paytaxt məktəblisi IV dəfə çempion olub
Paytaxt məktəblisi növbəti dəfə stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibi adını qazanıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 229 nömrəli tam orta məktəbin III sinif şagirdi Adil Əhmədzadə paytaxtda 12 və daha kiçik yaşlı 108 tennisçinin iştirak etdiyi yarışda oğlanlar arasında I yerə layiq görülüb. Məktəbli kubok və diplomla təltif olunub.
İran prezidenti Həsən Ruhanidən İŞİD AÇIQLAMASI
Naxçıvanda praktiki atışlar həyata keçirilib
Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.
Dövlət sərhədini pozan 39 nəfər saxlanıb
Bu ilin oktyabr ayı ərzində dövlət sərhədini pozdövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Pakistan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəfəri Hindistan vətəndaşları olub. Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
“Bəkirnamə” təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanası AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi ondadır ki, epizodik şəkildə, bəzi elementlərə istinad edərək müəllif elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə kitab ərsəyə gətirib.
Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan məsələ Dağlıq Qarabağ məsələsidir
Erməni düşüncə tərzi Rusiya-Türkiyə münasibətlərini mütəmadi diqqətdə saxlayır. Uzun müddət ermənilər Rusiya-Türkiyə düşmənçiliyinə nail olmağa çalışdılar. Uğursuzluğa düçar oldular. Rusiya ilə Türkiyənin yaxınlaşması ermənilərin yuxusunu ərşə qaldırıb. Ermənilərə görə Rusiya Türkiyəni məhv etməlidir.
Avropa İttifaqının dəstəyi ilə Saatlıda tədbir keçirilib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə növbəti tədbirini yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayədələrinin iştirakı ilə -18 noyabr 2017-ci il tarixdə Saatlı rayonunda keçirmişdir.
Çindən düşmənlərinə SON ŞANS VİDEO
Çin Hərbi Hava Qüvvələrinin döyüşçüləri üçün keçilən xüsusi təlimlərin görüntülərini yayıb. Xüsusi təyinatlıların təlimlər zamanı məşqləri geniş müzakirələrə səbəb olub. "Tor" adlandırılan hərbi bölmə Amerika Birləşmiş Ştatları və Rusiyanın hərbi potensialı barədə dünya mediasında gedən müqayisələrə cavab olaraq yaradılır. Analoqu olmayan döyüş metodları ilə zəngin döyüşçülər geniş imkanlara sahib olacaqlar.
ABŞ-da bir gündə iki təyyarə qəzası: Biri evə düşdü
ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşüb. Ölkənin Kaliforniya ştatı səmalarında uçuşlar həyata keçirən Cessna 172 yüngülmotorlu təyyarəsi yaşayış evinə çırpılıb.Hadisə ştatın San-Xose şəhəri yaxınlığında qeydə alınıb. Təyyarə ekipajında olan 3 nəfər ağır xəsarətlər alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.
Bu ölkə namazı qadağan etdi
Fransada küçədə namaz qılmaq qadağan edilib. Fransa daxili işlər naziri Cerard Kollomb polisin küçələrdə namaz qılanlara əngəl olacağını bildirib: “İnsanların küçədə namaz qılmalarının və dua etmələrinin qarşısını alacağıq. Gələcək bir neçə həftədə bu problemin həllinə nail olacağıq”. Nazir müsəlmanların ibadətlərini küçələrdə deyil, bunun üçün ayrılan məkanlarda etməsini daha məqsədəuyğun sayıb.














