Gündəm
İŞİD – in 20 üzvü öldürüldü
Saakaşvili: “Putinə hədiyyə etmək istəmirəm”
Gürcüstana səfər etməkdən qorxmuram. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. “Putinə hədiyyə etmək istəmirəm. Əgər Gürcüstana göndərilsəm, sizi əmin edirəm ki, tez bir zamanda azad olacağam. Bunu Gürcüstan və Ukrayna hakimiyyətləri çox yaxşı bilir.
İrəvan işğaldakı rayonları qaytarmağa hazırdır - Proxanov
Ermənistan Azərbaycana işğal olunmuş torpaqları geri qaytarmağa hazırdır. Bunu “Moskva-Baku” saytına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov söyləyib. “Bildiyiniz kimi, bu yay mən Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda oldum. Azərbaycanın Dağlıq Qarabağ konfliktinə baxışını anladım.
Ermənistanın nəqliyyat blokadasından çıxmaq cəhdləri
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən bir xeyli müddət keçsə də, lakin bu istiqamətdə hələ də müzakirələr davam edir, sözügedən layihə ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulur. Bu layihə xüsusilə işğalçı Ermənistanda gündəmin əsas mövzularından birini təşkil etməkdədir.
Atasını yandırıb öldürən şəxs 19 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində atasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin məhkəməsi yekunlaşıb. Məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Misirdə yağış yağdı, avtobus aşdı - 11 yaralı
Misirin paytaxtı Qahirə yaxınlığında avtobus qəzası baş verib. Məlumata görə, avtobusun aşması nəticəsində 11 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, avtobus işçiləri daşıyırmış. İlkin ehtimal olaraq qəzanın yolun yağış nəticəsində sürüşkən olması səbəbindən baş verdiyi qeyd edlib. Hadisə ilə bağlı araşdırma aparılır.
Lavrov: “Təcrübəmiz göstərir ki, Qarabağ danışıqları tezliklə başa çatmayacaq”
“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”. Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Rusiya FTX "Palmali" barəsində araşdırmalara başlayıb
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti "Palmali" şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb. Törəmə müəssisə 1 mlrd. rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur. Bundan öncə, "Palmali"nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub.
Ərdoğanın sözçüsü: "Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür"
“Türkiyə NATO ilə əlaqələrini pozmaq niyyətində deyil”. Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “France 24” telekanalına müsahibəsində deyib. Türkiyənin 50 ildən çoxdurNATO-nun güclü bir mütəffiqi olduğunu söyləyən İ. Kalın bildirib ki, baş verən son hadisə diqqətlə araşdırılmalıdır: "Bu, qəbuledilməzdir. İndiyədək çoxlu sayda təlimə qatılmışıq. Bunu kim edib, fotoları oraya kim qoyub? İntizamlı bir hərbi sistemdə, ittifaqda belə bir şey necə ola bilər? Təbii ki, olay diqqətlə araşdırılmalı və təhqiqat aparılmalıdır".
Lavrov: "Digər həmsədrlə Qarabağ münaqişəsinin həlli üçün şərait yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik"
"Biz həmsədr kimi amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik".
Hadisə ana olacaq?
Hadisə qaçqın uşağı övladlığa götürmək istəyir. Dünən Türkiyə Milli Pediatriya Dərnəyinin Antalyada konqresi keçirilib. Konqresdə müğənni Hadisə də iştirak edib. Səhnəyə çıxan ulduz bildirib ki, anası və atası da ona bu məsələdə mütləq dəstək verməyə hazırdır.
“Şouşenkdən qaçış” filmi real oldu: 20 uyğur həbsxanadan belə qaçdı
Taylandın cənubundakı Sonqkla şəhərində yerləşən bir həbsxanada film kimi qaçış əməliyyatı gerçəkləşib. Şəhərin həbsxanasında 2014-cü ildən etibarən cəza çəkən 25 uyğur məhbus tunel qazaraq qaçmağa cəhd edib. Polis məhbuslardan 5 nəfərini yaxalamağa nail olub, ancaq digərləri qaçmağı bacarıb.
Telman İsmayılov: "Mənim də deməyə sözüm var"
Moskva şəhərinin Basman rayon məhkəməsinin qərarı ilə həbs olunan azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov ictimaiyyətə müraciət edib.
İtkin düşən Quba sakini tapıldı
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb. Rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni 18.11.2017-ci il tarixdə saat 16:00 radələrində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlmiş, lakin çıxdıqdan sonra evə qeri qayıtmamışdı.
Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə növbəti sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.













