Gündəm
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir
Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək. O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora da gedirdim".
Günel boğulanda mən də onlarla idim… – Deputatın oğlu
Model Günel Mirzəyevanın Bilgəh çimərliyində yaxta gəzintisi zamanı faciəvi şəkildə dünyasını dəyişməsi olayında vaxtaşırı olaraq adı hallandırılan Həbib Axundov (millət vəkili Elmira Axundovanın oğlu) açıq məktub yayıb və bəzi media qurumlarının ona qarşı böhtan atdığını bir daha vurğulayıb.
Samir Şərifov: “2018-ci il icmal büdcəsinin gəlirləri 246 mln. manat artıb”
Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib “Olaylar” xəbər verir ki, nazir qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.
Azərbaycan İslam ölkələri mediasının diqqətində — FOTOLAR
Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” və ölkəmizin İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər İslam ölkələri mediasının diqqətindədir. Pakistanın nüfuzlu ingilisdilli “Daily Times” qəzeti, “Times” Beynəlxalq informasiya agentliyi, MN internet televiziyasının saytı, Əfqanıstanın çoxtirajlı ingilis dilində dərc edilən “Afganishtan Times” qəzeti, Şimali Kipr Türk Respublikasının “Kıbrıs Həqiqət” qəzeti “İslam Həmrəyliyi İli” ilə bağlı yazılar dərc edib.
Çində tapılan kəllə sümüyü elm aləmini alt-üst etdi
40 il əvvəl Çində 260 min illik kəllə sümüyü tapılıb. Bir qrup alimin araşdırması müəyyən edib ki, təkamül Afrikadan yox, Asiyadan başlayıb. Bir çox antropoloq və elm adamı insan növünün 200 min il əvvəl Afrikada meydana çıxdığına və 80 min insanın Afrikadan ayrılaraq dünyanın müxtəlif nöqtələrinə səpələndiyinə inanır.
Son günlər aktivləşən sürüşmə sahələri — SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son günlər ərzində aktivləşən sürüşmə sahələrinin adlarını açıqlayıb. ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, hazırda Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Duz gölü"nün ətrafında, "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib.
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Tbilisiyə ekstradisiya olunacaq
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Avtandil Martiaşvilinin vətəninə ekstradisiya prosesinə başlanılıb. Məlumata əsasən, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib. A. Martiaşvili sağlamlıq durumunun ağır olduğundan ekstradisiya prosesinin sürətləndirilməsini xahiş edib. Onun bir ildir xəstəxanada olduğu və diabetə görə qanqrenadan əziyyət çəkdiyi bildirilir.
Ziyad Səmədzadə: “Büdcə gəlirləri 3,3 mlrd. manat artıb”
"2018-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 45 dollardan götürülüb. Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik".
Politoloq: “Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm”
“Dağlıq Qarabağda 2017-ci ildə baş verə biləcək müharibə 1989-94 ci ilərdəki kimi olmayacaq. Əgər müharibə alovlanarsda fəsadların daha böyük dağıdıcı güclə müşaiyət olunması ehtimalı danılmaz faktdır. Əməliyyatların aktiv hərbi toqquşma fazasına keçdiyi təqdirdə Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm. Azərbaycan da keçmiş zamanlarda olduğu kimi bu dəfə tərəfsiz qalmayacaq”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
“Qarabağ”ın oyununa türkiyəli hakim
UEFA Gənclər Liqasında "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası ilə "Çelsi"nin U-19 komandası arasında sabah keçiriləcək matçın hakimləri açıqlanıb. Görüş türkiyəli referilərə həvalə edilib. Matçın baş hakimi funksiyasını Alper Ulusoy yerinə yetirəcək. Ona Mehmet Emin Tuğral və Deniz Caner Özaral yardımçı olacaqlar. Dördüncü hakim funksiyası isə azərbaycanlı hakim Orxan Məmmədov yerinə yetirəcək.
Güclü külək olacaq, yağış, qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Öş işçilərinə 200 mindən şox pul “atan” baş redaktor məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Rusiya 18 ton pomidoru Azərbaycana qaytardı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsinin "Cənub Gömrük Texminalı" ASC-də aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanıb.
Oqtay Əsədov: "Büdcənin sosial yönümlülüyü saxlanılıb"
"Büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb". “Olaylar” xəbər verir ki, bunu parlamentin plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin spikeri Oqtay Əsədov bildirib.
“Qafqazlı qardaşqızı” yenidən səhnədə
Noyabrın 24 –də Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə nümayiş olunacaq. Musiqili Teatrının mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, bu dəfəki nümayişin özəlliyi xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır. Belə ki, məşhur səhnə əsərində İlham Namiq Kamal baş rolu – Bəbirli obrazını canlandıracaq.














.jpg)