Gündəm
Elman Rüstəmov: “Gələn il konservativ monetar siyasəti yürüdüləcək”
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ monetar siyasət yürüdəcək. "Olaylar”ın verdiyi xəbərə görə, bunu AMB sədri Elman Rüstəmov bildirib: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq". E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub: "Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb.
Azərbaycan özünüməşğulluq proqramını genişləndirir
Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. “Olaylar” xəbər verir ki, bu barədə parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır
“Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır”.”Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
17 yaşındakı gənc məsciddə partlayış törətdi
Nigeriyanın şərqində yerləşən Adama vilayətində bir kamikadze məsciddə partlayış törədib. Olaylar.az bildirir ki, partlayış nəticəsində 30 nəfər həlak olub.
Şahin Mustafayev: “İnflyasiya birrəqəmli olacaq”
“Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təin olunması valyuta rejimin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb.
“ASAN Radio” Gəncədə də yayımlanacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” yaradılmasının iki illiyi ərəfəsində Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb. Olaylar.az bildirib ki, indi “ASAN Radio”nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür.
Nazir: "Bu il manat 10% möhkəmlənib"
Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.”Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
Ruminya ABŞ-dan raketdən müdafiə sistemi alır
Ruminya ABŞ-dan 3 konfiqurasiyalı 7 ədəd “Patriot” havadan müdafiə sistemi alacaq. Ruminya senatının müdafiə komissiyası “Patriot” raketlərinin alınması ilə bağlı qanun layihəsi hazırlanması haqqında qərar qəbul edib.
Ərdoğan: "Hücumlar olduqca Türkiyə irəliyə doğru daha inamla addımlar atır"
“Bizi əsas incidən zahirdən bizdən biri kimi görünən alçaqlardan gələn zərbələrdir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib. O bildirib ki, NATO təlimlərindəki kimi tərbiyəsiz, gizli açıq mesaj verənlər bilməlidir ki, onlar hücum etdikcə Türkiyə irəliyə doğru daha inamla addımlar atır. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyəyə qarşı yönəlmiş hiyləgər tədbirlərin arxasındakı siyasi məqsədlər tam aydındır.
Səhmdar: "TAP layihəsi Avropanın fundamental dəyərləri əsasında reallaşdırılır"
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi İtaliyanın Apuliya bölgəsini "yaşıl iqtisadiyyat"ın inkişafı və atmosferdə karbon qazının miqdarının azaldılması baxımından mərkəzə çevirəcək. Bunu TAP konsorsiumunun səhmdarı olan "Snam" şirkətinin baş icraçı direktoru Marko Alvera bildirib.
Rusiyanın diplomatik fəallığı Qarabağa sülh gətirəcəkmi?
Dağlıq Qarabağ probleminin həlli məsələsində deyəsən yeni bir mərhələ başlayır. Əslində buna yeni də demək doğru olmazdı. Çünki uzun illərdir problemin həlli istiqamətində danışıqlar prosesi gedir. Sadəcə danışıqlar prosesinin yeni mərhələsi ondan ibarətdir ki, bu dəfə tərəflərin Rusiyanın patronajlığı ilə görüşdürülməsi müzakirə mövzusudur.
Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb
Rusiyanın Perm şəhərində azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb. Bu barədə Rusiya bürosu Permdəki Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev məlumat verib. O, Azərbaycan vətəndaşı 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunu vəhşicəsinə döyməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.
Azərbaycan diplomatlarının attestasiyasının keçirilməsi qaydası müəyyənləşib
Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nı təsdiqləyib.
Xəzər İbrahim: "NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”
"NATO təlimində Türkiyəyə qarşı edilən səhvin və ağla sığmayan addımın atılmasının izahatı ola bilməz”. Məlumata görə, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimNATO-nun Norveç və Hollandiyada keçirilən təlimlərində Türkiyəyə qarşı baş vermiş təxribatlara münasibət bildirərkən deyib.
Səttar Mehbalıyev Səlim Müslümovu 1 il əvəz edəcək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.













