Gündəm
Həbs edilən şahzadələrdən 194 milyard alındı
Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadələr və biznesmenlərə ABŞ özəl hərbi şirkətinin əməkdaşları işgəncə veriblər. Bu barədə informasiyanı “Deyli Meyil” qəzeti yayıb. İşgəncəni həyata keçirən şirkətin “Akademi” olduğu iddia edilir. “Akademi” isə artıq bu iddiaları təkzib edib. Şirkət Səudiyyə Ərəbistanı ilə heç bir müqaviləyə sahib olmadığını bildirib. Bununla belə, qəzet Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da şahzadələrin sorğusunda iştirak etdiyini yazıb. Həbs edilən şahzadə və biznesmenlərdən indiyə qadər 194 milyard dollar müsadirə edilib.
Xəzərin o tayında vuran isti ürəklər – Sona Vəliyeva
Dünya Gənc Türk Yazarlar Birliyinin “Yeni qazax şeiri antologiyası” nəşri işıq üzü görüb. Nəşrdə Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanıb. “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstanın Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə “Ön söz” yazıb.
ABŞ Suriyadan çıxmaqdan imtina edir – Şok
ABŞ İŞİD üzərində qələbədən sonra öz hərbi hissələrini Suriyada saxlamağı planlaşdırır. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
İraq ordusu əməliyyatlara başladı
İraq ordusu Suriya sərhədindəki səhralıqda İŞİD terror təşkilatına qarşı əməliyyatlara başlayıb. Bu barədə AFP xəbər agentliyi məlumat yayıb. Hələ ki, əməliyyatın təfərrüatı ilə bağlı məlumat verilmir.
Lavrov-Sərkisyan görüşü: Kreml İrəvandan 3 rayonu istəyir
İrəvana səfəri zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan Prezidenti Serj Sərkisyanla bağlı qapılar arxasında gərgin danışıqları olub. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Şeyxülislam: "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"
"MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz". Məlumata görə, bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.
Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıya gələcək
2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıya səfər edəcək. Bu barədə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib. Bildirilir ki, Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərdə olacaq. 29-30 noyabr tarixlərində baş tutacaq iki günlük səfər çərçivəsində avstraliyalı Formula 1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.
Türkiyədən NATO-ya SƏRT CAVAB: "Bunun FETÖ sifarişi olduğunu bilirik"
NATO təlimlərində Rəcəb Tayyib Ərdoğan və Atatürkün fotolarının hədəf taxtalarına vurulmasına görə başlayan diplomatik gərginlik yeni mərhələyə keçib. Türkiyənin müdafiə naziri Nürəddin Canikli məsələyə sərt reaksiya verərək, "Bu məsələ cavabsız qalmayacaq" - deyib.
İsrailə təhsil səfəri təşkil edilib
İsrailə təhsil səfəri təşkil olunub. “OLAYLAR”-ın xəbərinə görə, səfərdə Bakı Şəhəri üzrəTəhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev və 15 ümumi təhsil məktəbinin direktoru iştirak edib. Səfər İsrailin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.
Gənclər ekoloji sahədə maarifləndirilir
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nın dəstəyi ilə keçirilən “Ekokənd” - gənclərin ekoloji maarifləndirilməsi layihəsi baş tutub.
Nazirlik bir ildə 1300-ə yaxın normativ hüquqi sənəd hazırlayıb
Qanun yaradıcılığında fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən ötən bir ildə ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 1.300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanıb
KİV-lərin sayı 5200-ə çatdı
Azərbaycanda qeydiyyata alınan Kütləvi İnformasiya Vasitələrinin sayı 5200-ə çatıb. “Olaylar” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının da sayı artıb. Belə ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4.100-dən artıqdır.
Kabe’de artık bunu yapmak yasak
Suudi Arabistan Krallığı, Dışişleri Bakanlığı tarafından, Mekke şehrinde bulunan Mescid-i Haram (Kabe) ve Medine şehrinde bulunan Mescid-i Nebevi (Ravzai Mutahhara) içinde ve bu ibadethanelerin yerleşkesine ait açık ve kapalı alanlarda, fotoğraf ve video çekimine yasak getirildiği bildirildi. Yasağın, her ne suret ve amaçla olursa olsun, tüm ziyaretçiler yanında, `medya temsilcilerini´ de kapsadığı ifade edilen genelgede, kutsal mekanları koruma amaçlı olarak bu tedbirin alındığı vurgulandı.
“Nurgün Motors”dan uzaq durun - Maxinasiya
Azərbaycanda "Nurgün Motors”un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə "Nissan”ın respublikadakı servis mərkəzlərindəndir.
Notariat hərəkətlərinin sayı 3.7 milyonu ötüb
Əhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı bir il ərzində 3.7 milyondan artıq olub. “Olaylar” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun 92%-i ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür.













