Gündəm
İŞİD bu dəfə hansı ölkəni hədəf aldı?
Yaxın Şərqdə İŞİD terror qruplaşmasının tərkibində döyüşən 6 min afrikalı terrorçu Afrikaya qayıda bilər. Bunu Afrika İttifaqının sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şerqi bildirib.
Ermənistan ən az maaş olan ölkələr arasında...
“Texty.org.ua” Təhlil Mərkəzi Avropa ölkələrində işləyən insanlara nə qədər maaş qaldığını (vergilər xaric olmaqla – red) tədqiq edib. Ermənistanda bu göstərici 251 avroya bərabərdir. Bu göstəriciyə görə, Ermənistan Avropada ən aşağı məvacib verilən ölkələr arasında 4-cü yeri tutur.
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı - SƏBƏBİ?
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb. Nadirov açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:
Azərbaycanda həkimlərin pis yazmağının səbəbləri açıqlandı
Yəqin ki, əksəriyyət həkimlərin əl yazısı ilə tanışdır. Adətən, çoxları yazılan reseptləri oxumaqda çətinlik çəkir. Sanki həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda, əczaçılar başa düşür. Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan, həkimlərin əl yazısı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Maraqlıdır, həkimlərin səliqəsiz, yaxud anlaşılmayan yazılarının səbəbi nədir?
Feysbuk yeni servisi istifadəyə verdi
Feysbuk videolara səs effekti və mahnı əlavə edən “Sound Collection” adlı servisi istifadəyə verib. Bu servis vasitəsilə istifadəçilər öz videolarına səs effektləri əlavə edə biləcəklər. “Sound Collection” servisinin daxilində minlərlə səs effekti və müxtəlif ifaçıların mahnıları vardır. Burda istifadəçi istədiyi janra uyğun mahnını seçə bilər. Hip-hop, pop, jazz, country və s. Musiqilər janr, oxunma müddəti və digər parametrlər üzrə sıralanıb.
42 nəfər dəm qazından zəhərləndi
Kanadanın Britaniya Kolumbiyası əyalətində fermada 42 nəfər dəm qazından zəhərlənib. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib və onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Almaniyada hava yolu iflic oldu - Reyslər təxirə salındı
Almaniyaya yağan güclü qar hava limanlarıın işini çətinə salıb. Frankfurt-Mayn hava limanında gün ərzində reyslərin gecikməsi və təxirə salınması qeydə alınıb. Sərnişinlərə hava limanına gəlməmişdən əvvəl uçuşlar barədə ətraflı məlumat almaqları tövsiyə olunub.
Nobel mükafatının sahibləri bəlli oldu - YENİLƏNDİ
Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib. Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi, 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.
Qızğın rəqabət sona YETDİ - "ALTIN KELEBEK"i bu azərbaycanlı müğənni QAZANDI - FOTO
Bu gün 44-cü "Altın Kelebek" Mükafatları öz sahiblərinə verilib. Bu il ilk dəfə kateqoriyalar arasında "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası təşkil olunub. Yerli ulduzlardan Əməkdar artist Röya Ayxan, müğənnilər Miri Yusif və Nigar Camal bu nominasiya üzrə yarışıblar.
İngilis alimlər: Sevgi hiss edən insana xəstəliklər qorxulu deyil...
Sevgi insan orqanizmində xüsusi maddələr “endorfinlərin” istehsalını çoxaldır. Endorfinlər isə öz növbəsində insanın immun sistemini və bütün orqanizmi aktivləşdirir.
Alman alimləri: Stress zamanı daha çox yemək lazımdır...
Alman alimləri artıq çəkinin xeyrini tapdılar. Lyubek universitetinin professoru Petersonun keçirtdiyi tədqiqatlara əsasən kök insanlar stressi daha rahat keçirdirlər.
Bunu bilirdiniz?- Yuxular qoxulardan asılıdır...
Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan və sistemləri dincəlir. Bəzən insanlar tez-tez pis yuxular görürlər və bu səbəbdən də yaxşı yata bilmirlər. Nəticədə səhər insan özünü çox yorğun və əzgin hiss edir. Amerikalı tədqiqatçılar pis yuxularla mübarizə üçün maraqlı bir üsul aşkar etdilər.
Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?
Məlumdur ki, bir çox qida məhsulları düzgün qaydada bişmədikdə demək olar bütün vitaminlərini itirir. Bu isə gündəlik olaraq qəbul etdiyimiz yeməklərin vitaminsiz olduğuna gətirir. Nəzərə alsaq ki, bir çox insanlar gün ərzində təbii meyvə və tərəvəzləri yemirlər,o halda gün ərzində orqanizm lazımı vitamin və minerallardan məhrum olmuş olur. Bunun isə sağlamlıq üçün nə qədər təhlükəli olduğunu bilərək, sizə, məhsullarda vitaminlərin necə qorunması haqda bir neçə qaydanı təqdim edirik:
Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?
Bir çox insanlar düşünür ki, təbii meyvələr dondurulmuş meyvələrdən daha xeyirlidir. Yalnız son araşdırmalar göstərir ki, qısa zaman ərzində dondurulmuş meyvələr tərkibində olan xeyirli xüsusiyyətlərini, günlərlə mağaza rəfləri ndə qalan meyvələrdən daha çox qoruyub saxlayırlar. Bəlli olub ki, dondurulmuş meyvələrin70% - nin tərkibində vitamin və antioksidantlar təbii meyvələrdən daha çoxdur.
Netanyahu: "Avropa ölkələri ikiüzlüdür"
ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərarı tənqid edən Avropa ölkələri ikiüzlü davranır. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, Trampın qərarını tənqid edən səsləri eşidən zaman İsrailə atılan raketləri qınayan səsləri eşitməyib: “Avropa ölkələrinə hörmət etməklə yanaşı, onların ikili standartlarını qəbul edə bilmirəm. İsrail haqqında olan həqiqətləri başı dik şəkildə hər kəsə deyəcəyəm”.














