Gündəm

Bakıda bəy toya hərbi formada gəldi - VİDEO

21 Dekabr 2017 09:07

Aprel döyüşlərinin iştirakçısı olan və bir qolunu itirən qazi Anar Məmmədov hərbi geyimdə özünə toy edib. Silahlı qüvvələrimizin zabitinin hərbi geyimdə toya gəlməsi isə iştirakçıların marağına səbəb olub. Ehtiyatda olan kapitan Anar Məmmədovun sözlərinə görə, hərbiçi olmaqla yanaşı öz toyunda hərbi forma geyinmək də ən böyük arzusu olub.

Vasif Talıbov və Binəli Yıldırım arasında görüş oldu

21 Dekabr 2017 09:05

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub. Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək deyib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb.

Sabiq dövlət məmuruna 63 il həbs verildi

20 Dekabr 2017 20:16

İranın keçmiş vitse-prezidenti Həmid Rza Bakai 63 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunur. Qeyd olunur ki, məhkəmə keçmiş vitse-prezidenti iri məbləğdə dövlət vəsaitini sərf etməkdə və 63 fərqli bank hesabı açmaqda təqsirli bilib.

Uşaq tərs gəlirsə... - Hansı idman hərəkətlərinə icazə var?

20 Dekabr 2017 20:15

Körpə ana bətnində daim hərəkətdədir. Ana qarnındakı amnion mayesi dölün rahat hərəkətini təmin edir. Doğuşa yaxın gözlənilən vəziyyət uşağın başının aşağıda, ayaqlarının isə yuxarıda durma vəziyyətidir. Ancaq həmişə belə olmur. Bu vəziyyət tərs gəliş kimi ifadə olunur. Belə olduqda isə həkimlər həyəcan təbili çalmağa başlayır.

Mərkəzdə Yeni il şənlikləri QADAĞAN OLUNDU

20 Dekabr 2017 20:11

İstanbulun Bəyoğlu bələdiyyəsi mərkəzi Taksim meydanı və İstiqlal küçəsində Yeni illə bağlı şənliklərin, tədbirlərin keçirilməsini qadağan edib. Bu barədə Bəyoğlu bələdiyyəsinin Təhlükəsizlik İdarəsinin rəisi İsmayıl Kılıç bildirib. Onun sözlərinə görə, Yeni il gecəsi Taksim meydanında, İstiqlal küçəsində, eləcə də bütün mərkəzi rayonlarda təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq, polis gücləndirilmiş rejimdə çalışacaq.

Abbas və Brilliant İLLƏR SONRA BARIŞDI – FOTOFAKT

20 Dekabr 2017 20:09

Xalq artisti Brilliant Dadaşova ilə Əməkdar artist Abbas Bağırov barışıb. Bir neçə ildir küsülü olan ifaçılar Yeni il çəkilişində bir araya gəlib.

Azadlığa buraxılan modelyer Səbinə: “Bu işlərin arxasında dayananı…”

20 Dekabr 2017 20:07

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən tanınmış modelyer Səbinə Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona şərti cəza verilərək, məhkəmə zalından azadlığa buraxılıb. Bir neçə gün öncə həbs edilən və bu gün yenidən azadlığına qovuşan S.Hüseynova baş verənlərə aydınlıq gətirib. Modelyer qeyd edib ki, onun həbs olunmasına səbəb dələduzluq deyil, məhkəmə proseslərinə qatılmamasıdır:

“Ağıllı” mikroskop qanda bakteriyaları müəyyənləşdirəcək

20 Dekabr 2017 20:03

İsrailin “Beth Israel Deaconess Medical Center” (BIDMC) mərkəzinin mikrobioloqları süni intellekt vasitəsilə qanda patogenləri müəyyənləşdirən “ağıllı” mikroskop yaradıblar. Mikroskopun köməyi ilə əldə edilən şəkillər kompüter təlimi alqoritmi tərəfindən emal olunur.

“Tarixə səyahət” Muzeydə nümayiş olundu

20 Dekabr 2017 20:01

Dekabrın 20 - də Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” klubunun məşğələlərində cari ildə fəallığı ilə seçilən üzvlərinin təltif etmə mərasimi və Muzeyin “Tarixə səyahət” adlı kinoklubunda “ARB Aran” yaradıcılıq mərkəzinin istehsalı olan, XIX – XX əsrin əvvəllərində yaşamış Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş filmin ilk dəfə nümayişi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə tarixçilər, incəsənət nümayəndələri, könüllü ictimai fəallar, məktəblilər və tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Xəbərdarlıq: Bu 3 qida vərdişi qarın ağrılarına səbəb olur!

20 Dekabr 2017 19:56

Heç kim inkar etməz ki, qida orqanizmə enerji və güc verməli və gün ərzində gümrah olmanı təmin etməlidir. Lakin bəzən elə olur ki, kafedə, qonaqlıqda və ya evdə qida qəbulundan sonra yorğunluq, yuxululuq, süstlük və hətta qarın şişkinliyi və ishal kimi hallar baş verir. Məhsulların təzə olduğuna və yeməyi təzəcə odun üzərindən götürüb yediyinizə əmin olsanız da, iş qabiliyyətinizin azaldığını və mədənizin gözlənilmədən fərqli reaksiya verdiyini hiss edirsiniz. Bəs bunun səbəbi nə ola bilər?

Qara Qarayevin 100 illiyi - "Qoyya" baleti 

20 Dekabr 2017 19:52

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında "Qoyya" baletinin quruluş verilir. Olaylar.az bildirir ki, tamaşanın quruluşu Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Premyera tamaşası 2018-ci il fevralın 3-də keçiriləcək. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyət dəvət edilib.

Daim yorğun olmağınızın ağlınıza gəlməyən səbəbləri...

20 Dekabr 2017 19:51

Gündəlik həyatda etdiyimiz bəzi hərəkətlər əslində enerjimizin azalmasının əsas səbəblərindəndir. Özünüzü daim yorğun hiss edirsinizsə, bunun bəzi önəmli səbəbləri ola bilər. Bu yazıda qeyd olunan məlumatlara göz gəzdirərək yorğunluğunuzun səbəbini öyrənə bilərsiniz.

“Kamança” pyesi səhnələşdirilib

20 Dekabr 2017 19:46

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində  görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.

Arıqlamaq üçün limonlu suyu necə içmək lazımdır?

20 Dekabr 2017 19:45

Arıqlamaq üçün tətbiq olunan olduqca çox üsul mövcuddur ki, onlardan bəziləri hətta orqanizm üçün təhlükəlidir. Ancaq faydalı və doğru olan üsullar da var ki, suyun içinə limon şirəsi əlavə edərək içilməsi də bunlardan biridir. 2008-ci ildə Sugiyama Jogakuen Universitetində (Yaponiya) bununla bağlı keçirilən bir araşdırma limonun tərkibindəki polifenolların çəki itirilməsinə yardımçı olduğunu göstərib. Baxmayaraq ki, ancaq limondan ibarət olan diyet məsləhət görülmür. Limonlu su içmək isə bədənin susuzlaşmasının qarşısını almaq üçün ən yaxşı üsul hesab olunur.

Bu əlamətlər orqanizminizdə maqnezium çatışmazlığına işarədir....

20 Dekabr 2017 19:39

Maqnezium — bədəninizdəki hər orqan üçün olduqca vacib olan elementdir. Maqneziuma xüsusilə ürək, əzələlər və böyrəklər ehtiyac duyur. Əgər davamlı olaraq yorğunluq hiss edirsinizsə, ürək fəaliyyətinizdə pozğunluq müşahidə olunursa, qıcolmalar (sudurğa) və əzələ ağrılarından əziyyət çəkirsinizsə, o zaman böyük ehtimalla, bu, maqnezium çatışmazlığının əlamətidir.