Gündəm
Monqolustan prezidenti İlham Əliyevə zəng etdi
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Xaltmaaqiyn Battulqa dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Qvatemala dünya birliyinə qarşı
Qvatemala Prezidenti Cimmi Morales ölkə səfirliyinin Tel-Əviv şəhərindən Qüdsə köçürüləcəyini elan edib və beləliklə bu şəhəri İsrailin paytaxtı kimi tanıyıb. Bu barədə xarici KİV-lər xəbər verir.
Sevgilisinin intiqamını almaq üçün şəhəri qana boyayacaqdı, tutuldu
Türkiyədə terror törətmək istəyən 26 yaşlı qız saxlanılıb. Konya şəhərində polislərə qarşı terror törətməyə hazırlaşan Rojda ləqəbli 26 yaşlı Necla Yıldız PKK-ya üzv olduğuna görə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Deputat: “Xairici dairələr böyük qazanc əldə etmək istəyir”
“Çox təəssüf ki, bu gün də Suriyada, İraqda, Yəməndə qanlı qırğınlar davam etdirilir, günahsız insanlar qətlə yetirilir, iqtisadiyyat dağıdılır, ölkələrdə xaos yaradılır”. Bunu millət vəkili Azər Badamov deyib.
Əli Əhmədov: "Azərbaycan üzərinə götürüdüyü öhdəlikləri yerinə yetirir"
“2015-ci ildə BMT tərəfindən dünyada əsaslı dəyişikliklər etmək üçün 2016–2030-cu illəri əhatə edən qlobal layihə hazırlanıb. Azərbaycan da bu layihəyə qoşulub. Layihənin əsas məqsədi dünyada sosial-iqtisadi cəhətdən, eyni zamanda ətraf mühitin yaxşılaşdırılması və digər istiqamətlərdə köklü dəyişiklik etməkdir”. Bunu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə Nail olunmasında parlamentin rolu” adlı konfransda açılış nitqi ilə çıxış edərkən deyib.
Azər Həsrət: “Suriya, İraq silah tacirləri üçün uyğun bir bazardır”
“Ümumiyyətlə, Suriya, İraqda baş verən münaqişələrin tezliklə həll olunacağı haqqında proqnoz vermək çətindir. Çünki bunlar elə münaqişələrdir ki, görüntüdə başqa, məğzində isə tamam başqa məqamları əks etdirir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
30 fələstinli həbs edildi
İsrail əsgərləri qərbi Şəriyədə 30 fələstinlini həbs ediblər. Olaylar.az bildirir ki, İsrail əsgərləri fələstinliləri Qərbi Şəriyənin müxtəlif bölgələrində gecə saatlarında keçirilən terrora qarşı əməliyyat zamanı həbs etdiklərini açıqlayıblar. Nəzarətə alınan 8 fələstinli Nablusun cənubunda yerləşən Kasra vilayətindən olduqları bildirilir.
Diva qəzəbləndi – “Belə bir şeyi burda necə edə bilərlər?”
“İrəli” Cocuq Mərcanlıda
Prezident İlham Əliyevin doğum günü və təşkilatın təsis olunmasının 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100-dən çox üzv Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına gedib, Cocuq Mərcanlıya ekskursiya edərək yeni tikili, məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olublar.
Bu şəxslər dövlət qulluqçusu olub-olmadığını bilmirlər - Məleykə Abbaszadə
“Bəzən uzun illər hər hansı dövlət qurumunda çalışanlar dövlət qulluqçusu olmalarından xəbərsiz olurlar”. Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, artıq dövlət qulluğuna qəbul üzrə təqdim edilən vakansiyalar barədə məlumatlar açıq şəkildə Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilir: “Dövlət qulluğunda çalışıb, lakin dövlət qulluqçusu statusunda olmayanalar da var. Onlar nir illik müqavilə əsasında işləyir və bir sıra imtiyazlardan məhrum olurlar. Yaxşı olar ki, dövlət qulluğunda çalışanlar dövlət qulluqçusu olub-olmadığını öyrənsinlər”.
Vyetnamda camaat "Tembin"dən qaçır - Təxliyə
Vyetnam hökuməti "Tembin" qasırğası səbəbindən ölkənin cənub sahillərində təxminən 650 min nəfəri təxliyə edib. Cənub Çin dənizinə çatan güclü küləyin regionda sürətinin saatda 135 kilometrə çatdığı bildirilib. Qasırğanın yaxınlaşması səbəbindən ölkənin cənubunda dərslər dayandırılıb. Sakinlərin təxliyəsinə hərbçilər cəlb edilib.
Vitse-spiker: “Dağlıq Qarabağ problemi ilə bağlı birgə addımlar atılmır”
“Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş sadəcə birgə bəyanatla bitir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Bayram günlərində bu ərazilərdə yarmarkalar təşkil olunacaq - SİYAHI
Bayram günlərində Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Mətbuat xidmətindən verilən məlumata görə, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 28-31 yanvar tarixlərində fasiləsiz olaraq, 4 gün müddətində KTN tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
"Yaxın 3 ildə jurnalistlərin yeni binası istifadəyə veriləcək"
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
Erməni lobbisinin rusiyalı tarixçini cinayət məsuliyyətinə cəlb etmək cəhdi növbəti dəfə uğursuzluğa uğrayıb
Rusiyada erməni lobbisinin tarixçi-alim Oleq Kuznetsovu yazdığı "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasına görə cinayət məsuliyyətinə cəlb etmək cəhdləri növbəti dəfə uğursuzluğa uğrayıb. Məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzi rusiyalı tarixçinin müəllifi olduğu məlum monoqrafiya ilə bağlı qərarını açıqlayıb.














