Gündəm
Azərbaycanda ev heyvanları üçün xüsusi otel
Bir neçə ildir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin nəzdində ev heyvanları üçün otel fəaliyyət göstərir. Heyvan sahibləri bir neçə günlük səfərə və ya istirahətə gedəndə ev heyvanlarını həmin otelə verib gedə bilərlər. Otel ikinövbəli iş rejimində işləyir, yəni heyvanlar 24 saat nəzarətdə olurlar.
Sona Hacıyevanın 110 illiyi qeyd edildi
Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino aktrisası, Xalq Artisti Sona Hacıyevanın 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar qadın aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar.
Restoranda silahlı qarşıdurma
ABŞ-ın Missisipi ştatında silahlı insident baş verib. Viksberq şəhərindəki restoranların birində atışma nəticəsində 5 nəfər yaralanıb. Onların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir.
Türkiyədə zəlzələ
Türkiyənin şərq bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Navalnı Putinlə yarışmaqdan məhrum edildi
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il prezident seçkilərində müxalifətçi Aleksey Navalnının namizədliyini qeydiyyata almaqdan imtina edib. MSK səbəb kimi Navalnının məhkəmə hökmü altında olmasını göstərib.
Budda heykəlinin içindən çıxanlar ŞOK ETDİ
Hollandiyada yerləşən “Drents” muzeyi kolleksiyasında olan Budda heykəlini kompüter-tomoqrafiyaya saldırıb. 11-12-ci əsrdən qaldığı ehtimal edilən heykəlin içində bardaş quraraq oturan bir keşiş mumiyası görüntülənib.
“Dunçji” Çin bayramı qeyd olunub
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Dunçji” (“Qışın zirvəsi”) adlı Çin bayramına həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Dunçji” bayramının xüsusi fəlsəfəsi haqqında danışaraq, onun Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Filologiya elmləri doktoru “Akademik Palma” ordeni ilə təltif olundu
Azərbaycan Dillər Universitetinin Fransız dili kafedrasının müdir müavini, filologiya elmləri doktoru Gülnarə Sadıxova Fransa Respublikasının “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib. Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe Gülnarə Sadıxovaya ordeni təqdim edib və ona bu yüksək mükafata Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə, Fransa ilə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafında olan xidmətlərinə görə layiq görüldüyünü bildirib.
Çində “4G” sürəti üzrə dünya rekordu qeydə alınıb
Hazırda şirkətlər beşinci nəsil şəbəkəsinin işə salınması üzərində çalışdığı bir zamanda Çinin ən böyük mobil rabitə operatorlarından biri olan “China Unicom” şirkəti məlumatların “4G” texnologiyası üzrə ötürülməsində mütləq rekorda imza atıb. Şirkət öz hədəfinə nail olmaq üçün “Snapdragon X20 Cat.18” modemi ilə təchiz edilmiş yeni “Qualcomm Snapdragon 845” prosessorundan istifadə edib.
“Finger Pow” portativ akkumulyatoru smartfonları simsiz enerji ilə doldurur
“Kickstarter” saytında smartfonlar üçün yeni qeyri-adi aksessuar – bir neçə maraqlı xüsusiyyətə malik olmaqla rəqiblərindən seçilən “Finger Pow” kənar portativ akkumulyatoru təqdim olunub. Birincisi, kompakt qurğunu cibə yerləşdirmək olar ki, buna da əksər analoqlarda rast gəlmək qeyri-mümkündür. İkincisi, onun unikal funksiyası smartfonları naqillərdən istifadə etmədən enerji ilə doldurmaq imkanındadır.
İlin ən çox avtonom işləmə müddətinə malik smartfonu məlum olub
“PhoneArena” resursu son 12 ay ərzində təqdim edilmiş əsas smartfonlar arasında avtonom işləmə müddətinə görə lider qurğunu müəyyənləşdirib. Sözügedən nəşrin əməkdaşları qurğuların yoxlanması üzrə öz metodlarını hazırlayıblar. Onlar xüsusi cihazın köməyi ilə ekranın parlaqlığını eyni səviyyədə təyin edib, həmçinin avtonom işləmə müddətinə təsir edə bilən bildiriş və bütün artıq funksiyaları deaktiv ediblər. Birinci sınaq zamanı hər hansı məsələ qaranlıq qaldıqda bəzi aparatlar iki dəfə yoxlanılıb.
Yeni neyron şəbəkə gələcəyi proqnozlaşdıracaq
ABŞ alimləri süni ağıl sistemlərinin səmərəliliyini artıracaq yeni tip neyron şəbəkəsi yaradıblar. Mexaniki intellekt gələcəyi proqnozlaşdırmağa imkan verir və tələffüz edilməyən sözləri əvvəlcədən bilir.
Tezliklə robotlar dad və qoxunu hiss edə biləcəklər
London və Lozannada fəaliyyət göstərən və robot texnikası üzərində çalışan “Rewired” studiyası dad və qoxunu rəqəmləşdirmək üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqda razılığa gəlib.
Yenilənmiş “iPhone X” smartfonu “5G” şəbəkəsini dəstəkləyəcək
ABŞ-ın “Apple” şirkəti beşinci nəsil mobil rabitə texnologiyasını (5G) dəstəkləyəcək yenilənmiş “iPhone X” smartfon modelinin buraxılacağını açıqlayıb.
“Nokia” şirkəti populyar “E71” telefonunu yenidən çıxaracaq
2018-ci ildə “HMD Global” şirkəti öz dövründə dünyada “QWERTY” düzülüşlü klaviaturaya malik ən populyar telefonlardan sayılan “Nokia E71” smartfonunu yenidən çıxaracaq.














