Gündəm

Qazaxıstanda güclü şaxta: bərələrin hərəkəti dayandırıldı

5 Yanvar 2018 12:05

Şərqi Qazaxıstan vilayətinin Kurşim rayonunda bərələrin hərəkəti bu gündən dayandırılıb. Buna səbəb bölgədə müşahidə olunan güclü şaxtadır. Hazırda regionda 30 dərəcə şaxta var.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlunun məhkəməsi başlayıb

5 Yanvar 2018 12:03

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. 

2018 – ci ilə küsülü girən və barışan MƏŞHURLAR

5 Yanvar 2018 12:01

Yıldız Tilbə ilə Sezen Aksunun 25 illik küsülülüyünün ardından növbəti barışıq Seda Sayan və Lerzan Mutlu oldu. Məşhur müğənnilərin barışığı İtaliyada gerçəkləşib. Hələ də bir – birləri ilə uzun zaman küsülü olan və barışan məşhurlar var. Olaylar.az Türkiyə şou –biznesinin küsülü və yeni barışan məşhurların adlarını açıqlayır.

İran bu gün çalxalanacaq – Hər şey YENİDƏN BAŞLAYIR

5 Yanvar 2018 11:59

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yanvarın 3-də etiraz aksiyalarının yatırıldığını açıqlasa da, dünən gecə paytaxt Tehran və bir çox şəhərlərdə insanlar yenidən küçələrə çıxıb.

Aslı Enver serial çəkilişlərində PROBLEM ÇIXARDI

5 Yanvar 2018 11:57

"İstanbullu Gəlin” serialında Sürəyya xarakterini canalndıran Aslı Enverin geyim seçimləri tənqid edilib. Kino ulduzunun stilisti Aslı Enverdən şikayət edib. Stilistin sözlərinə görə aktrisa serial çəkilişlərində onun seçdiyi geyimləri deyil, öz istədiklərini geyinir.

Yer altından hücum başlayır: Gizli müharibə ANONSU

5 Yanvar 2018 11:55

İŞİD terror qruplaşması İraq və Suriyada məğlubiyyətdən sonra gizli müharibəyə başlaya bilər. Bu haqda Kanada generalı Mayk Rulo bildirib. “İŞİD bundan sonra nə olacaq? Hesab edirik ki, yeraltına enəcəklər”, - general deyib. Onun sözlərinə görə, terror təşkilatı hələ ölü deyil və buna görə də İŞİD-lə mübarizədə sonrakı hərəkətlər üzrə tövsiyələrini hazırlayıblar.

Bu təhsil ocağında vahid proqram yoxdur - Ekspert

5 Yanvar 2018 11:49

Məktəbəqədər təhsil müəssisələrində şagirdlərdə oxuma, yazma bacarığı yox, parta arxasında oturmaq, sinifdə davranış qaydaları, rəsm çəkmək kimi bacarıqları formalaşdırmaq lazımdır. Statistik göstəricilərə əsasən, deyə bilərəm ki, ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma faizi olduqca aşağı səviyyədədir.

Azərbaycanı su qıtlığı gözləyir? – Qlobal istiləşmə

5 Yanvar 2018 11:45

Yer kürəsi 5 dəfə istiləşmə, 4-5 dəfə də buzlaşma dövrü keçib. Bu proses mütəmadi olaraq 60-70 ildən bir baş verir. Bunu  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov söyləyib.

Urmiya gölü tamam quruyur: Son 67 ildə…

5 Yanvar 2018 11:43

Yağıntıların azalması Urmiya gölündə vəziyyəti daha da gərginləşdirib. Bunu jurnalistlərə açıqlamasında Urmiya Gölünün Canlandırma Mərkəzinin Planlaşdırma işləri üzrə müdiri Məsud Təcrişi söyləyib.

Saakaşviliyə hökm oxundu – 3 il

5 Yanvar 2018 11:41

Gürcüstan məhkəməsi Mixail Saakaşvilini qiyabi şəkildə 3 il azadlıqdan məhrum edib. Saakaşviliyə qarşı qərarı Tiflis Şəhər Məhkəməsinin hakimi Georgi Arevadze oxuyub.

Qazaxıstanda 79 azərbaycanlı saxlanıldı - Səbəb

5 Yanvar 2018 11:40

Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşı saxlanılıb. Məlumata görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmə iznləri yox imiş.

Koreyanın taleyini dəyişəcək addım – Kim Çen razılaşdı

5 Yanvar 2018 11:36

Şimali Koreya Cənubi Koreyanın ikitərəfli görüş təklifini qəbul edib. Bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyindən informasiya verilib. Görüş 9 yanvar tarixində iki ölkə arasındakı silahsızlaşdırılmış ərazidə yerləşən Panmunjom kəndinin Cənubi Koreyaya aid hissəsində baş tutacaq. Müzakirələr zamanı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atılması nəzərdə tutulub.

Makron: Ərdoğanla bunu müzakirə edəcəm

5 Yanvar 2018 11:35

Türkiyədə mətbuat azadlığına müdaxilə edilir. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. Türkiyənin Avropa dəyərlərinə əməl etməsinin vacibliyini vurğulayan Makron Ərdoğanın Parisə səfəri zamanı mətbuat azadlığı məsələsinin müzakirə mövzusu olacağını açıqlayıb.

Ərdoğan: "5600 muzdlu qatil Türkiyədən deportasiya olunub"

5 Yanvar 2018 11:34

İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində 5600 muzdlu qatil Türkiyədən deportasiya olunub. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, İŞİD-lə mübarizə çərçivəsində ölkəyə 54 min nəfərin gəlişinə qadağa qoyulub: "Türkiyə İŞİD-lə mübarizəni davam etdirəcək".

Oğrudan 96 yaşlı yataq xəstəsi qadına qarşı əxlaqsızlıq

5 Yanvar 2018 11:31

Qocalar evinə girən oğru dementia xəstəliyindən əziyyət çəkən 96 yaşlı qadına təcavüz edib. O, televizoru və çemodanları oğurladıqdan sonra qaçıb.  İngiltərədə 24 yaşlı Ceyk Moris (Jake Morris) 96 yaşlı yataq xəstəsi olan qadına etdiyi əxlaqsızlığa və oğurluğa görə 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Ceyk həbs olunarkən polislərdən biri "Onun cəmiyyətdə yeri yoxdur" deyib.