Gündəm

I Etüd Müsabiqəsinin qala konserti keçirildi

16 May 2018 13:46

Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.

İrana görə ABŞ-Avropa...

16 May 2018 13:44

AXC-nin 100 illiyinə həsr olunmuş kitablar toplandı

16 May 2018 13:41

AMEA Mərkəzi Elmi Kitabxanasına AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin "Aлимардан бек Tопчибашев Aрмянский фактор в Бакинский событиях 1905-1906 и 1918гг.", "Aзербайджанские погромы в Шемахе 1918 год" və "Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" adlı kitabları daxil olub.

İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti 100 illiyi geniş qeyd edilib

16 May 2018 13:37

Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbul Maltepe Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı”nın açılışı olub.

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

16 May 2018 13:36

Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Misirdəki diaspor təşkilatının rəhbəri azərbaycanlı tələbələrlə görüşüb

16 May 2018 13:35

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyin yaradılmasının ildönümü münasibətilə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Vergilər Nazirliyində daha bir təyinat

16 May 2018 13:32

Vergilər naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib. Nazirlikdən daxil olan məlumata görə, indiyədək mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə aparılıb. N.Səmədova qədər bu vəzifəni Nigar Alimova tutub. Vəzifəsindən azad olunan N.Alimova yeni yaradılan Katiblik departamentinə təyinat alıb.

Sitrus meyvələri insan orqanizmi üçün hansı fəsadlar yarada bilər?

16 May 2018 13:29

Bu növ məhsullar antisanitar şəraitdə satılır Ölkənin qapalı ticarət mərkəzlərində özünə daim yer alan sitrus meyvələri artıq paytaxtın müxtəlif rayonlarında təşkil edilən kənd təsərrüfatı yarmarkalarında da peyda olub. Məsələ orasındadır ki, satşa çıxarılan sitrus meyvələri xüsusi piştaxtalarda deyil, elə tozlu-torpaqlı ərazilərdə yerləşdirilir. Üstəlik satıcıların sərtliyi ucbatından bu növ məhsulların keyfiyyətini də müəyyən etmək mümkün olmur. Satıcılar tərəfində ya məhsul seçiminə imkan verilmir, ya da alınan keyfiyyətsiz malın geri qaytarılması əməlli-başlı problem yaradır.

Türkiyədə dolların məzənnəsi tarixi rekordunu yeniləyib

16 May 2018 13:23

Türkiyədə ABŞ dollarının məzənnəsi 4,49 lirəyə çataraq yeni tarixi rekord səviyyəsinə yüksəlib. Həmçinin avronun məzənnəsi 5,3 lirəni, ingilis funt sterlinqinin məzənnəsi isə 6,04 lirəni keçib.

“İğdırda özüm də fahişəliklə məşğuldum...”

16 May 2018 13:18

İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu yollarda hərəkət tam və qismən məhdudlaşdırılacaq

16 May 2018 13:14

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramı hazırlanacaq

16 May 2018 13:10

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” adlı layihənin həyata keçirilməsinə start verilib.

Azərbaycan sahibkarları Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub

16 May 2018 13:07

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti 12-15 may 2018-cı il tarixdə Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak edib.