Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb, Mövlud Çavuşoğlu Vaşinqtona gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo bu il iyunun 4-də Vaşinqtonda görüşəcək.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Orta Şərqdəki vəziyyəti, ikitərəfli əlaqələri, terrorçu PKK və FETÖ qruplaşmalarına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Mövlud Çavuşoğlu ilə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson arasında bu ilin martın 19-da Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi istefa verdiyindən bu görüş təxirə salınmışdı.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31