Gündəm
Cağatay Ulusoyun həbsi haqqında yeni detallar
Narkotik vasitələrin qeyri-qanuni ticarəti ilə məşğul olduğu deyilən Cağatay Ulusoy 4 il 2 ay həbs cəzasına məhkum edilib. İttiham təsdiqini taparsa, Ulusoy 1 il 9 ay həbsxanada yatacaq.
Qərb bölgəsində ziyanvericilərə qarşı mübarizəyə başlanıldı
May ayının 16-dan etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri Tovuz, Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ağdağ və Çeyrançöl ərazilərində, eyni zamanda Gürcüstan Respublikası ilə həmsərhəd olan Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlayıblar.
Kürdəmirdə 10 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71.2 km uzunluğunda olan Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yolu yenidən qurulur.
Alpinistlərin meyitləri ailələrinə təhvil verildi
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitləri ailə üzvlərinə təhvil verilib. Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası
Azərbaycan ilin sonunadək Şanxayda şərab evi açacaq
Azərbaycan Çində bu ilin sonuna qədər şərab evini açmaq niyyətindədir. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.
“Qarabağ”ın futbolçusu Messiyə qarşı oynamaqdan imtina etdi
Haiti millisinin üzvü “Qarabağ”ın yarımmüdafiəçisi Donald gerye mayın 29-da Argentinaya qarşı keçirəcəkləri yoldaşlıq görüşündə iştirak etməyəcək. Futbolçu özü bundan imtina edib.
“Belə dostumuz varsa, bizə düşmən lazım deyil” - Trampa sərt sözlər
Avropa Birliyinin (AB) lideri Donald Task ABŞ prezidenti Donald Trampın ünvanına sərt sözlər səsləndirib.
Ərdoğan Qüds hadisələri ilə bağlı mitinqlər keçirəcək
Cümə günü - mayın 19-da Türkiyənin “Yeniqapı” meydanında Qüdsdə baş verən 14 may qanlı bazar ertəsi hadisələrinə etiraz əlaməti olaraq mitinq keçiriləcək.
Alpinistlərin ölümü ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb
Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.
Netanyahunun oğlundan Türkiyəni qəzəbləndirən PAYLAŞIM
İsrailin baş naziri Benjamin Netanyahunun sosial şəbəkə hesabında paylaşımı olay oldu. Olaylar.az türk mediasına istinadən xəbər verir ki, baş nazirin oğlu instagram hesabında Türkiyə dövlətini təhqir edib. O, Türkiyənin bayrağını paylaşaraq dövləti təhqir edib.
22 yaşlı azərbaycanlı modelə əxlaqsız təklif: “Məşuqəm ol"
Azərbaycanda boşananların və evlənənlərin sayı azalıb
Azərbaycanda bu ilin yanvar-mart aylarında boşananların və evlənənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. 2017-ci ilin yanvar-martında Azərbaycanda evlənənlərin sayı 13305, boşananların sayı 3611 nəfər olub.
Süni yolla hamilə qalan rəqqasə Oksana İLK DƏFƏ DANIŞDI: “Ya Rəbbim, onlara...”
Rəqqasə və aktrisa Oksana Rəsulovanın süni mayalanma ilə hamilə qalması artıq bir neçə gündür gündəmdən düşmək bilmir. Məşhur ana olması ilə bağlı yayılan xəbərlərə heç bir münasibət bildirmir. Rəqqasə hamiləliyi haqqında açıqlama verməsə də, sosial şəbəkədə onun ünvanına səsləndirilən ittihamlara instaqramda cavab verib. O, Ramazan ayının gəlişi münasibəti ilə izləyicilərini təbrik edib və hər kəsi vicdanlı olmağa səsləyib:
Azərbaycan nümayəndə heyəti ABŞ-ın iki ən nüfuzlu yəhudi təşkilatı ilə görüşdü
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ABŞ-da fəaliyyət göstərən ən aparıcı və nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) Los Anceles ofisinin rəhbərliyi və dünyanın ən böyük yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental Mərkəzinin sədri Ravvin Marvin Hier ilə görüşlər keçirib.
Yeni axım başladı: Qız öz babasını elə makiyaj etdi ki... VİDEO
Bloqerlərin ən çox müraciyət etdiyi və sevilən makiaj videolarında yeni trend yaranır. Artıq kişilər də özləri makiaj videoları çəkib paylaşırlar. Bu dəfəki video isə, adiçəkilən videolar arasında “pik” sayıla bilər. Səbəbi isə budur ki, qız öz babasını makiaj edir. O isə öz nəvəsi ilə kifayət qədər əylənir. Hətta onun jest və hərəkətləri ilə paralel addımlayır.


.jpg)










