“Belə dostumuz varsa, bizə düşmən lazım deyil” - Trampa sərt sözlər
Avropa Birliyinin (AB) lideri Donald Task ABŞ prezidenti Donald Trampın ünvanına sərt sözlər səsləndirib.
17 May 2018 11:11 DünyaAvropa Birliyinin (AB) lideri Donald Task ABŞ prezidenti Donald Trampın ünvanına sərt sözlər səsləndirib.
Task birliyə daxil olan ölkələri İranla bağlanan nüvə sazişinə sadiq qalmağa çağırıb:
"Donald Trampın son qərarlarına baxanda ağla gələn ilk bu olur: belə dostlar olduqca, bizə düşmən lazım deyil. Avropanın ona təşəkkür borcu var. Trampın sayəsində aldadıcı xəyallarımızla vidalaşmalı olduq".
Qeyd edək ki, Donald Tramp mayın 12-də yenidən baxılmalı olan İranla bağlanmış nüvə sazişinə qatılmaqdan son anda imtina etmişdi.
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31