Gündəm
Rəssam Bayram Hacızadənin əsərləri sərgiləndi
Milli İncəsənət Muzeyində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb. Olaylar.az bildirir ki, rəssamın 50 illiyinə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
"Maşın"ın iştirakçıları arasında onlar da var
Mayın 28-də ATV-də əməkdar artist Murad Dadaşovun aparıcılığı ilə “Maşın” realiti-şousuna start veriləcək. İyunun ortalarına qədər davam edəcək telelayihədə ümumilikdə 18 nəfər avtomobil uğrunda mübarizəyə qatılacaq.
ABŞ-ın Yaxın Şərq planına qarşı SON FÜRSƏT- İslam dünyası Orta Şərqə benzin tökəcək
Suriyanın Qüds şəhərinə qarşı yeni işğal planı və Fələstin xalqına ağır hücumlara qarşı İsrailin səfirini ölkəsindən qovan Türkiyə hökuməti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərini sabah İstanbulda bir araya gətirəcək. Bu toplantı ABŞ və İsrailin Şərq coğrafiyasını hədəf alan separatçı planına qarşı son fürsət kimi dəyərləndirilir. Türkiyənin başçılıq etdiyi zirvədə dünyəvi işğalçılara qarşı qınama mesajlarından da çox güclü sanksiyalar tətbiq etməyə imza atılması gözlənilir.
Meksikada Cümhuriyyətin 100 illiyi qeyd olundu
Meksikanın Quanaxuato ştatının San Migel de Ayende şəhərində ənənəvi olaraq keçirilən və Meksikada akkreditə olmuş diplomatik korpus nümayəndələri, yerli QHT və şirkətlər, KİV-lər və şəhər sakinləri, həmçinin çoxsaylı turistlər tərəfindən böyük maraqla qarşılanan Ümumdünya Birlik və Qardaşlıq - XIX Beynəlxalq Görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub.
Prezident İlham Əliyev Qüds üçün fövqəladə iclasa çağırıldı – VİDEO
İstanbulda Qüds başlığı altında iki əhəmiyyətli görüş keçiriləcək. Bu görüşlərdən biri İslam İşbirliyi Təşkilatının fövqəladə iclası, digəri isə Yenikapıdakı mitinqdir. Türkiyədə ilk olaraq “Fələstin xalqına dəstək” mitinqi keçiriləcək. Sonra İslam İşbirliyi Təşkilatı Qüdslə bağlı toplaşacaq. Amerikanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsiylə bağlı bir çox mesajlar veriləcək. Çoxlu sayda səlahiyyətli şəxslərin dəstək verdiyi mitinqə Fələstin lideri Mahmud Abbas da qatılacaq.
Trampdan dünyanı ŞOKA salan ETİRAF: Pornoulduzla birlikdə olub
ABŞ prezidenti Donald Tramp porno ulduzu Stormi Danielslə münasibətlərinin olduğunu qəbul edib. Dəfələrlə pornolduzun səssiz qalması üçün ona 130 000 dollar ödədiyini inkar edən Tramp qanun qarşısında aciz qalıb. Buna baxmayaraq, o, ilk həmləsini edib.
Daha bir ölkə İsraildən üz çevirdi
Lüksemburq İsraildəki səfirini geri çağırıb. Lüksemburqun Xarici İşlər Nazirliyi Qəzza zolağında baş vermiş zorakılıq aktlarına görə İsraildəki səfirini geri çağırıb.
Arkanzas ştatının paytaxtında Azərbaycan Günü bəyan edildi
Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərinin meri Mark Stodola Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə vermişdir. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.
“Cəza” nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Olaylar.az bildirir ki, sözügedən tamaşanın nümayişi “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının milli mərhələsi çərçivəsində baş tutub. Tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb.
İdarə rəisi cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.
Türkiyənin məşhur simaları həbs olundu
Türkiyəli aktyor Çağatay Ulusoy və aktrisa Gizem Karaca həbs olunublar. Olaylar.az bildirir ki, Buna səbəb məşhurların narkotik ticarəti ilə məşğul olmalarıdır. Məhkəmənin qərarı ilə Çağatay və Gizem 4 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Səfir Şərqşünaslıq İnstitutunda
Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adil İbrahim Əhməd İbrahim mayın 16-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir əvvəlcə institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
Hər il 17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Olaylar.az bildirir ki, bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilir.
"İNNOLAND" İnnovasiya Mərkəzi loqo müsabiqəsi elan edir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədi ilə Azərbaycanda “İNNOLAND” inkubasiya və innovasiya mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Nəvə 76 yaşlı nənəsini döydü - Mingəçevirdə
Mingəçevir şəhərində nəvə münaqişə zəminində nənəsinə xəsarət yetirib. Hadisə şəhərin iri marketlərindən birində baş verib.









.jpg)




