Ərdoğan Qüds hadisələri ilə bağlı mitinqlər keçirəcək
Cümə günü - mayın 19-da Türkiyənin “Yeniqapı” meydanında Qüdsdə baş verən 14 may qanlı bazar ertəsi hadisələrinə etiraz əlaməti olaraq mitinq keçiriləcək.
17 May 2018 11:07 DünyaCümə günü - mayın 19-da Türkiyənin "Yeniqapı" meydanında Qüdsdə baş verən 14 may qanlı bazar ertəsi hadisələrinə etiraz əlaməti olaraq mitinq keçiriləcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Cüma günü günortadan sonra "Yeniqapı" meydanında zülmə qarşı böyük həmrəyliyimizi, birliyimizi, mitinqimizi gerçəkləşdirəcəyik. Eyni zamanda, bazar günü Diyabəkirdə fələstinli qardaşlarımızla həmrəylik üçün mitinq keçirəcəyik", - deyən Ərdoğan müxalifət liderlərini, prezidentliyə namizədləri də "Yeniqapı" mitinqinə qatılmağa dəvət edib.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31