Gündəm

Bakıda qonşu qadınlar arasında əlbəyaxa dava olub

18 May 2018 11:40

Paytaxtın Binəqədi rayonu ərazisində qadınlar arasında dava baş verib. 1977-ci il təvəllüdlü Quliyeva Solmaz Qarabala qızı qonşuluqda yaşayan qadınla əlbəyaxa olub.

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimi artıracam”

18 May 2018 11:37

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

Musa Quliyev: “Xədicə İsmayıl kimilərin xislətində dağıdıcılıq var” MÜNASİBƏT

18 May 2018 11:34

“Azərbaycan əleyhinə apardıqları kampaniyanın müqabilində hər il jurnalist və siyasətçi adı ilə bəzi beynəlxalq qurumlardan böyük miqdarda qrant alanlar arasında qarşıdurmanın pik həddə çatması deqlasiyanın və vətəndaş hissinin olmamasının göstəricisidir. Həmçinin bu, xəyanətkarların sonda öz niyyətlərinin qurbanı olmasının göstəricisidir”.

Yerevan yenə qarışdı: Etirazçıların bu dəfəki tələbi nədir?

18 May 2018 11:10

Bu gün səhər saatlarında təqribən 100 nümayişçi Yerevanda Ermənistan Baş Prokurorluğunun binasının qarşısına toplaşıb. Onlar baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Erməni lobbisi Azərbaycanla bağlı tədbirin qarşısını almağa çalışdı - Rüsvay oldu (FOTO)

18 May 2018 11:08

San Fransisko şəhərində yerləşən, ABŞ-ın ən qədim qurumlarından olan “Commonwealth Club” təşkilatında 16 may 2018-ci il tarixində Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Bakının mərkəzində binanın eyvanı uçdu - FOTO

18 May 2018 09:48

Bakının mərkəzində binanın eyvanı uçub. Hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib. Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçub, eyvan yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Dünyanın ən varlı dilənçisi - hesabında 5,5 milyon dollar

18 May 2018 09:27

Livanda uzun illərdir dilənçilik edən Fatma Muhamməd Osman adlı qadının öləndən sonra hesabından çıxan pul hamını şoka salıb. Qadın 15 il Beyrutun əl-Basta əl-Fuka bölgəsində köhnə avtomobildə yaşayıb. Fiziki qüsurlu olan 54 yaşlı Fatma ötən gün hər zaman ona köməklik edən məhəllə sakinləri tərəfindən yatağında ölmüş vəziyyətdə tapılıb. Polislərin axtarışı zamanı illərdir dilənçilik edən qadının özünə ev etdiyi avtomobilin içərisindən 5 milyon 700 min Livan lirəsi (təxminən 4 min dollar) tapılıb. 

"Qarabağ”ın futbolçuları cəbhəyə yollandı

18 May 2018 09:25

"Qarabağ” klubunun futbolçuları İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev Ağdamda cəbhə bölgəsinə olub. Əvvəlcə komanda üzvlərini N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Vladiqafqaz teatrı Azərbaycan səhnəsində 

18 May 2018 09:23

V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

4 uşaq anasının başını kəsdi, polisə könüllü təslim oldu

18 May 2018 09:20

4 uşaq anası səhər saatlarında sevgilisi tərəfində amansızca qətlə yetirib. Hadisə Türkiyənin Kastamonu adlanan ərazisində baş verib. İlkin məlumatlara görə, 38 yaşlı Pınar Çelik adlı qadını birlikdə yaşadığı Gencay G. adlı şəxs qətlə yetirib. Qadının başının kəsildiyi deyilib.

KXDR Cənubi Koreyanı hədələdi

18 May 2018 09:19

KXDR Koreya Respublikası ilə dialoqun dondurula biləcəyinə işarə edib. Müvafiq bəyanatla KXDR vətəninin sülh yolu ilə birləşdirilməsi Komitəsinin sədri Li Son Qvon çıxış edib. O, Koreya Mərkəzi Teleqraf Agentliyinə müsahibəsində bildirib ki, iki Koreya arasında yüksək səviyyədə danışıqların ləğvinə gətirib çıxaran vəziyyət həllini tapmayınca, Cənubi Koreya rejiminin nümayəndələri ilə yenidən təkbətək görüşmək, o qədər də asan olmayacaq.