Politoloq: “Paşinyanın cini yenidən şüşəyə salması çətin olacaq”
18 May 2018 11:05 Siyasət"Nikol Paşinyan cini şüşədən çıxartı, onu geri şüşəyə salmaq çətin olacaq". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan özü mitinq yolu ilə Serj Sərkisyanı devirib baş nazir oldu: "İndi başqaları da mitinqlərə çıxır, küçə yürüşləri keçirirlər. Hərənin fərqli dərdi var. Biri gecikən maaşlarını tələb edir, bir başqa qrup həbsdəki tərəfdarlarının azad olunmasını istəyir. Həmçinin İrəvan merini istefaya məcbur etmək istəyən qrup da var. Bir sözlə aləm dəyib bir-birinə. Paşinyan sosial şəbəkədə yazıb ki, etiraz aksiyalarını dayandırın. Niyə dayandırmalıdırlar ki? Sənə olar, başqasına olmaz? Bu hələ başlanğıcdır".
Sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31