İƏT-in Fələstindəki vəziyyətlə bağlı sammitinə 40-dan çox ölkənin nümayəndələri qatılacaq
18 May 2018 11:26 Dünyaİstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstindəki gərgin vəziyyətə həsr olunacaq sammitində 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək.
Tədbirdə İran, Əfqanıstan, Sudan və Mavritaniya prezidentləri iştirak edəcəklər.
Bundan əvvəl İƏT-dən Trend-ə bildirmişdilər ki, İstanbulda təşkilatın Fələstin məsələsi üzrə təcili yığıncağı keçiriləcək.
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. İsrail əsgərlərinin aksiya iştirakçılarına atəş açması nəticəsində 100 fələstinli ölüb, 2700-ü yaralanıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31