Gündəm

“Etüddən gəlirəm” adlı sərgi-təqdimat keçirildi

18 May 2018 09:18

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı  Xətai Sənət Mərkəzində keçirildi.

Sənədlər məhkəməyə göndərildi

18 May 2018 09:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında  fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub.

Nazir BP-nin nümayəndə heyətini qəbul etdi

18 May 2018 09:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə BP-nin Azərbaycan,Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.

Həbs olunan aktrisaya daha bir zərbə

18 May 2018 09:09

Ötən gün həbs qərarı çıxan türkiyəli aktrisa Gizem Karacaya daha bir zərbə vurulub. Gizemin aktyor Kaan Yıldırım baş rolda oynadığı “İnsanlık Suçu” serialı bu həftə final edir.  Serial sonuncu dəfə şənbə günü, 8-ci bölümlə ekranlarda yayımlanacaq. 

Ağ Ev: “Tramp Kim Çen Inla görüşə hazırdır”

18 May 2018 09:07

ABŞ prezidenti Donald Tramp əvvəlki kimi Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır. Bu barədə Ağ Ev nümayəndəsi Sara Sanders. “Prezident hazırlanıb və görüşə hazır olacaq. Hazırlıq davam etməkdədir”, – deyə S.Sanders bildirib.

Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” 

18 May 2018 09:06

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.

ABŞ Türkiyənin Vaşinqtondakı səfirini geri çağırmasını şərh etdi

18 May 2018 09:04

Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

Məşhur agentliyin baş redaktoru həbs edildi

18 May 2018 09:02

Bu gün Ukraynanın Xerson məhkəməsi “RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski haqqında iyulun 13-dək həbs qətimkan tədbiri seçilib. Məhkəmədə Vışinski Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.

Laçının işğalından 26 il ötür

18 May 2018 09:01

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsinin ildönümüdür. Laçının işğalından 26 il ötür. 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

Tramp: "NATO ölkələri ÜDM-in 4 faizini müdafiəyə xərcləməlidir"

18 May 2018 08:36

NATO ölkələri ÜDM-in 2 faizini yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidirlər.

Putin Əsədlə görüşüb

18 May 2018 08:34

Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Həkimlərdən qandonduran açıqlama: "Ölümdən sonra həyat var"

17 May 2018 18:56

Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur.