ABŞ Türkiyənin Vaşinqtondakı səfirini geri çağırmasını şərh etdi

Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

"Biz Türkiyənin səfirini geri çağırmaq qərarından məlumatlıyıq. Bu Türkiyənin qərarıdır, bu cür addım atmağa onun hüququ var. Mən hesab etmirəm ki, bu Türkiyə hökuməti ilə əlaqələrimizi zəiflədəcək. Onlar NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır ", - deyə Hizer Nauert bildirib. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31