Gündəm

Qonşu ölkədə 100-ə yaxın insan zəhərləndi

25 İyun 2018 10:46

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib. Həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir. Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.

Tramp: "Onların ölkəmizi işğal etməsinə icazə verməyəcəm"

25 İyun 2018 10:26

Meksika - ABŞ sərhədini qanunsuz şəkildə keçərkən həbs edilən insanların deportasiya ediləcəyini deyən ABŞ prezidenti Donald Tramp yeni açıqlama verib. Prezident qərarından geri addım atmayacağını bildirib.

“Şuşanın sədaları” dinlənilib

25 İyun 2018 10:24

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyinə həsr olunan “Şuşanın sədaları” mövzusunda tədbir keçirilib.

Aida Mahmudova ana olmağa hazırlaşır - FOTO

25 İyun 2018 10:19

Professor Nərgiz Paşayevanın qızı, rəssam və “YARAT” incəsənət mərkəzinin təsisçisi Aida Mahmudova ana olmağa hazırlaşır.

Qəbiristanlıqda ŞOK HADİSƏ: Meyiti məzarından çıxardılar və... - FOTO

25 İyun 2018 10:00

Türkiyənin Antalya şəhərində naməlum şəxslər 2 ay öncə dünyasını dəyişən şəxsin meyitini məzarından çıxararaq baş daşından “bu iş bitmədi” sözləri yazılan lövhə asıblar.  2018-ci ilin may ayında dünyasını dəyişən Bülent Suserə aid məzarın daşı kimliyi məlum olmayan şəxslər tərəfindən sökülüb. Məzarın üzərindən təhqiredici sözlər olan lövhə asılıb.

Nadir və relikt bitki Hirkan Milli Parkı ərazisində 

25 İyun 2018 09:57

Nadir və relikt bitki olan, Azərbaycanın “Qırmızı Kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının “nəsli kəsilmək təhlükəsi olan növlər” kateqoriyasına daxil edilən İpək akasiyası  təbii halda Lənkəranın dağlıq hissəsində, Hirkan Milli Parkının ərazisində yayılıb və mühafizə edilir. Bu növə Cənubi Qаfqаz, Krım, Ukrаynа, Оrtа Аsiyа, İtаliyа, İrаn, Türkiyə, Frаnsа, Kоreyа və Şimаli Аmerikаdа təsаdüf olunur.

Məşhur aktyor millət vəkili oldu

25 İyun 2018 09:52

Aktyor Barış Atay iyunun 24-də Türkiyədə keçirilən parlament seçkilərində qalib gəlib. O, Xalqların Demokratik Partiyasından (HDP) Hatay rayonuna millət vəkili seçilib.

Vəhşi tülküyə işgəncə verən cərimələndi

25 İyun 2018 09:48

Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək  nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət  Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

25 İyun 2018 09:46

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır. Sessiya çərçivəsində AŞPA sədri vəzifəsinə seçkilərin keçiriləcəyi, bir sıra məsələlərin, o cümlədən Suriya ilə qonşu ölkələrdəki qaçqınların humanitar vəziyyəti ilə bağlı məsələnin müzakirə ediləcəyi planlaşdırılır.

Ərdoğanın seçkilərdən sonra yazdığı İLK SÖZ rekord qırdı - FOTO​​​​​​​

25 İyun 2018 09:44

Türkiyədəki prezident seçkilərində AKP ilə MHP-nin qurduğu Cümhuriyyət İttifaqı Millət İttifaqına qarşı mübarizəsində zəfər qazanıb. Türkiyənin hazrıkı prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərinin ilk turunda ən çox səsi toplayaraq yeni sistemdə bunu bacaran ilk prezident olub.