Nursultanda Beynəlxalq elmi konfrans keçirilib

XIX əsrin ikinci yarısı Rusiya müsəlmanlarının mənəvi- milli-ideoloji lideri, maarifçi-publisist, yeni tipli məktəb qurucusu, naşir, redaktor İsmayıl bəy Qaspiralının  (1851-1914) anadan olmasının 170 illiyi münasibətilə ilə Nursultanda 19 mart 2021-ci ildə Beynəlxalq Türk Akademiyası tərəfindən onlayn formatda "Dildə, Fikirdə, İşdə Birlik" mövzusunda Beynəlxalq elmi  konfrans keçirilmişdir.

Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli müxbirimizə demişdir:-Tədbirdə Türkiyə, Özbəkistan, Qazaxstan, Başqırqıdstan, Tatarstandan olan nüfuzlu tədqiqatçılar sağlığında və vəfat etdikdn sonra ünvanına "millətin atası", "müsəlman ədəbiyyatının ruhi-piranisi", "böyük ustad", "mühərriri-əzəm", "dahi", "Turanın əmsalsız mədəni qəhrəmanı", "müsəlman ziyalılarının başçısı", "tərəqqi ordusunun ələmdarı", "millət karvanının rəhnüması", "rühül-millət", "Rusiya müsəlmanlarının ən böyük adamı", "türk yurdunun yolbaşçısı", "Rusiya müsəlmanlarının çırağı", "təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan məşhur", "millətin fəxri", "böyük və sevgili adam", "hünər sahibi", "ustad publisist", "qüdrətli fikir və ideya rəhbəri", "xalqın maddi və mənəvi keşiyində dayanan bir insan", "istənilən avropalının həsəd apara biləcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir insan", "ali və nəcib qəlb sahibi", "bir mürşid, bir ustad" kimi epitetlərlə dəyərləndirilən İsmayıl Qaspiralı irsinin ən müxtəlif problemlərinə dair məruzələr dinlənilmişdir.

Tədbirdə ölkəmizi filologiya elmləri doktoru Abid Tahirli təmsil etmişdir. Onun "Azərbaycan mühacirləri İsmayıl Qaspiralı haqqında" adlı məruzəsi konfrans iştirakçıları tərəfindən indən böyük maraqla qarşılanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31