Dünya

Parolları əvəz edəcək avtorizasiya sistemi yaradılıb

16 Sentyabr 2016 19:43

ABŞ-ın “UnifyID” startapı yeni məhsul təqdim edib. Söhbət parolsuz avtorizasiya sistemindən gedir. “ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, avtorizasiya üsullarından biri kimi parol çoxdan istifadəçini müdaxilədən qorumaq gücünə malik deyil, ona görə yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla  kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar.

Tanınmış aktrisa hicab bağladı

16 Sentyabr 2016 19:38

Aktrisa Qamze Özçelik sosial mediada hesabından paylaşdığı hicablı foto və qeydlə hər kəsi təəccübləndirib. Türkiyə mətbuatının məlumatına görə, o, naməlum bir kişiylə fotosunu bu qeydlə paylaşıb.

Burak və Fahriye bezdi

16 Sentyabr 2016 19:27

Bu il Avstriyada qaldıqları oteldə fanatlarının ifrat sevgisi ilə rastlaşan Burak Özçivit və Fahriye Evcen Danimarkada da çətin anlar yaşayıblar.

Diqqət: Duz mikrob öldürücüdür

16 Sentyabr 2016 19:19

Gündəlik həyatımızın bir parçası olan duz insan orqanizmi üçün çox faydalıdır. Duz bədənin turşu-qələvi tarazlığını qoruyur. Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yüksəldə bilir. Süfrə duzu sidik əmələ gəlməsini təmin edir. Sidik yaranmadan isə maddələr mübadiləsinin təhlükəli son məhsulları çölə atıla bilməz. Duz eyni zamanda antiseptik, yəni mikrob öldürücüdür. Qidaların saxlanmasında, şoraba və duzlamalarda istifadə edilə bilər. 

Aktyorun ailəsi bir-birinə dəydi - Cənazə qalmaqalı

16 Sentyabr 2016 18:39

Məşhur aktyor Tarık Akanın vəfatı ailəsində ikitirəliyə səbəb olub. Axar.az bildirir ki, mərhumun böyük qardaşı Turqut Ürəgül xəstəxanadan cənazəni tələb edib. Lakin xəstəxana rəhbərliyi mərhumun cənazəsini ailəsinə təhvil verib.

Sılanı söyən müğənni həbs oluna bilər

16 Sentyabr 2016 18:30

Müğənni Sıla "Demokratiya və şəhidlər" mitinqi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirən Davud Güloğlunu məhkəməyə verib.

ABŞ-dan kürdlərə bayraq QADAĞASI

16 Sentyabr 2016 18:26

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk Suriyada yaşanan bayraq qalmaqalına münasibət bildirib.

KİV-də fotoların icazəsiz yayımına icazə verildi - Rusiyada

16 Sentyabr 2016 18:23

Rusiyanın Əqli Mülkiyyət üzrə Arbitraj Məhkəməsi fotoqrafların icazəsi olmadan informativ hadisələrlə bağlı fotoların KİV-də yayımlanmasına icazə verib.

Bu necə olur: Bakıda satılır, kod Almaniyanın, məhsul Türkiyənin?

16 Sentyabr 2016 18:09

Bakı sakinlərindən biri Milli.Az-a müraciət edərək maraqlı halla qarşılaşdığını bildirib. Onun sözlərinə görə, metronun "Əhmədli" stansiyasının yaxınlığındakı apteklərdən birində uşaq bezi alıb. Bezin qutusunun üstündə "Made in Turkiye" yazılsa da, məhsulun barkodu Almaniyaya məxsusdur. Bu isə insanda uşaq bezinin orijinallğına, eyni zamanda təmizliyinə şübhə yaradır.

Maliyyə Nazirliyi ləğv edilir - Polşada

16 Sentyabr 2016 17:03

Polşanın Baş naziri Beata Şidlo Maliyyə Nazirliyinin ləğv ediləcəyini açıqlayıb. Axar.az-a istinadən bildirir ki, baş nazirin qərarına əsasən, maliyyə naziri David Jakieviçvəzifəsindən azad edilib.

Türkiyə "Fərat qalxanı" əməliyyatının üçüncü mərhələsinə başlayıb

16 Sentyabr 2016 17:01

Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatının üçüncü mərhələsinə başlayıb.

TANAP-a dair Anlaşma Memorandumu Milli Məclisdə müzakirə olunacaq

16 Sentyabr 2016 16:46

Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Pakistanda terroçu-kamikadze məscidə hücum edib, 16 nəfər ölüb

16 Sentyabr 2016 16:08

Pakistanda terrorçu-kamikadze məscidə hücum edib. “Milliyət”in verdiyi məlumata görə, hadisə Əfqanıstanla sərhədyanı zonada baş verib.

Türkiyədə FETÖ üzvü olan prokuror özünü öldürüb

16 Sentyabr 2016 16:07

Türkiyədə FETÖ terror təşkilatının üzvü olmaqda təqsirləndirilərək tutulan şəxs təcridxanada intihar edib.