Dünya

Putinin cangüdəni qubernator oldu

19 Sentyabr 2016 13:45

Rusiya prezidenti Vladimir Putinin cangüdəni Aleksey Dyumin Tula vilayətinin qubernatoru olub. Modern.az xəbər verir ki, o, dünən keçirilən seçkilərdə səslərin 84,17%-ni toplayıb.

Erməni baş nazir köməkçisini işdən qovdu

19 Sentyabr 2016 13:39

Ermənistanda baş nazirin köməkçisi Anna Qevorqyan tutduğu vəzifədən azad olunub. Azvision.az bildirir ki, baş nazir Karen Karapetyan qəbul edib. 

"Əgər Rusiya atəşkəs məsələsində ciddidirsə..." - ABŞ-dan ittiham

19 Sentyabr 2016 12:27

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanı Suriyada atəşkəs məsələsində Əsəd rejiminə yetərli təzyiq göstərməməkdə ittiham edib.

Rusiya Ermənistana "İsgəndər-M" raketləri verib: 4 dəst

19 Sentyabr 2016 12:18

Ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olub. Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən "İsgəndər-M" operativ-taktiki raketləri nümayiş etdirilib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb. Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib.

Kadırov Çeçenistan rəhbərliyinə keçirilən seçkilərdə liderlik edir

19 Sentyabr 2016 11:51

Çeçenistan başçısının səlahiyyətlərini icra edən Ramzan Kadırov respublika rəhbərliyinə keçirilən birbaşa seçkilərdə liderlik edir.

Ərodoğan: Türkiyə Gülən hərəkatı ilə mübarizənin yeni mərhələsinə başlayır

19 Sentyabr 2016 11:50

Türkiyə Fətullah Gülən hərəkatı ilə mübarizənin yeni mərhələsinə başlayacaq. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb

19 Sentyabr 2016 11:48

Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bülletenlərin 93 faizi sayılıb.

Proqram smartfonu insan detektoruna çevirəcək

16 Sentyabr 2016 20:15

Kanadanın “Algocian” şirkəti videokameraları insanları tanımaq və ya hərəkət ötürücüsü funksiyasını yerinə yetirmək texnologiyası ilə təchiz etmək üçün proqram hazırlayıb.

Böyük həcmli məlumatlar üçün effektiv proqramlaşdırma dili yaradılıb

16 Sentyabr 2016 20:00

Massaçusets Texnologiya İnstitutunun nəzdində olan İnformatika və Süni intellekt laboratoriyalarının alimləri böyük həcmli massivlərdə məlumatların ayrı-ayrı fraqmentləri ilə işləmək üçün nəzərdə tutulmuş “Milk” adlı yeni proqramlaşdırma dilini təqdim ediblər.

Yeni ən sürətli dron təqdim edilib

16 Sentyabr 2016 19:54

"Xcraft" şirkəti əlavə mühərrik sayəsində 160 km/saatadək sürət yığmağa imkan verən "Rogue" adlı yeni pilotsuz uçan aparat nümayiş etdirib. Dron əlavə sürətləndirməni əlavə mühərriki işə salacaq yeni rejimin aktivləşməsi zamanı alacaq.

2016-cı ilin sonuna dünya əhalisinin 47%-i internetdən istifadə edəcək

16 Sentyabr 2016 19:49

Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 720 milyon insan internetdən istifadə edir. Ancaq bir çox hindli və çinli üçün internet hələ də əlçatmazdır.

Parolları əvəz edəcək avtorizasiya sistemi yaradılıb

16 Sentyabr 2016 19:43

ABŞ-ın “UnifyID” startapı yeni məhsul təqdim edib. Söhbət parolsuz avtorizasiya sistemindən gedir. “ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, avtorizasiya üsullarından biri kimi parol çoxdan istifadəçini müdaxilədən qorumaq gücünə malik deyil, ona görə yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla  kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar.

Tanınmış aktrisa hicab bağladı

16 Sentyabr 2016 19:38

Aktrisa Qamze Özçelik sosial mediada hesabından paylaşdığı hicablı foto və qeydlə hər kəsi təəccübləndirib. Türkiyə mətbuatının məlumatına görə, o, naməlum bir kişiylə fotosunu bu qeydlə paylaşıb.