Dünya

Qan üçün ən vacib vitamin budur - FAYDALARI

23 Sentyabr 2016 19:50

Fol turşusu (B9 vitamini) 1931-ci ildə aşkar olunub və 1945-ci ildə laboratoriya şəraitində sintez olunub. Vitamin ilk olaraq ispanaq və cəfəridə tapılıb. Məhz bu səbəbdən ona fol turşusu ("folium" - yarpaq deməkdir) adı verilib.

Moskvada “iPhone 7” növbəsi

23 Sentyabr 2016 19:45

Bu gün Rusiyada “iPhone 7” smartfonlarının kütləvi satışına start verilib.

Məryəm Uzərlinin serail hazırlığı - “Eşkıya Dünyaya Hükümdar Olmaz”

23 Sentyabr 2016 19:36

Türkiyənin məşhur aktrisası Məryəm Uzərli ekrana qayıtmaq üçün ciddi hazırlıqlar görür. ATV.az-ın məlumatına görə, “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından dəvət alan aktrisa, tətildən döndükdən sonra saç düzümündə dəyişiklik edib. Türkiyə mətbuatı yazır ki, Məryəm Uzərli seriala görə imicində kiçik dəyişikliklər edib. 

Alimlər: “Süni intellekt 2075-ci ilədək bəşəriyyəti məhv edəcək”

23 Sentyabr 2016 19:30

Oksford Universitetinin mütəxəssisləri bir sıra eksperimental tədqiqatlar apardıqdan sonra sensasiyalı və qorxunc bəyanatla çıxış ediblər.

“Ağıllı” kəmər lazımi yerə çatmağa kömək edəcək

23 Sentyabr 2016 19:26

Böyük şəhərdə bəzən lazımi yeri tapmaq çətin olur. Müasir texnologiyalar sayəsində bütün smartfon istifadəçiləri xəritədə mənzil başını tapa və marşrutu müəyyənləşdirə bilir. Lakin hərəkətdə olarkən, xüsusilə, məsələn, motosiklet sürərkən yolu azmamaq üçün xəritəyə baxmaq narahatlıq yaradır.

Yaxın gələcəkdə gözlərin qüzehi qişası vasitəsilə tanıma texnologiyası populyar olacaq

23 Sentyabr 2016 19:20

"ABI Research" analitiklərinin proqnozuna əsasən, istifadəçinin eyniləşdirməsi üzrə ən təhlükəsiz metodlardan biri olan gözlərin qüzehi qişası vasitəsilə tanıma texnologiyası yaxın gələcəkdə qlobal smartfon bazarında geniş tətbiq ediləcək. Ekspertlərin qiymətləndirməsinə görə, 2021-ci ildə gözün qüzehi qişasının skaneri ilə təchiz edilmiş smartfonların qlobal  çatdırmaları, demək olar ki, 300 milyon ədədə nail olacaq.

Bu da Ancelina Coli və Bred Pitin boşanma ərizəsi

23 Sentyabr 2016 19:15

Boşanma qərarları ilə bütün dünyanın diqqətini çəkən Ancelina Coli və Bred Pitin boşanma ərizəsi üzə çıxıb.

Amsterdamda özü hərəkət edən su taksiləri işə düşəcək

23 Sentyabr 2016 19:11

Meqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.

Yaponiyada qadağa: axşam saat 8-dən sonra iş yerində qalmaq olmaz

23 Sentyabr 2016 19:05

Tokionun qubernatoru Yuriko Koike bələdiyyə işçilərinə axşam saat 8-dən gec işdən çıxmağı qadağan edib. Qubernator bu yolla ölkədə geniş yayılan “karosi” - iş yerində həddən artıq yorğunluq və stress səbəbindən baş verən ölüm hallarının qarşısını almağa çalışır. Vesti.ru saytı xəbər verir ki, Yuriko Koikenin tapşırığının icrasına xüsusi komanda nəzarət edəcək. Onlar axşam saat 8-də ofislərin işıqlarını söndürəcək və iş yerlərində heç kimin qalmamasına nəzarət edəcəklər. Tokionun bələdiyyə sektorunda 170 min insan işləyir. Koike onun praktikasından digər şəhərlərin başçılarının da istifadə edəcəyinə inanır.

PSJ İbrahimoviçin məvacibindən 30% kəsdi

23 Sentyabr 2016 18:55

PSJ ötən yay komandanı tərk edən Zlatan İbrahimoviçin son ay məvacibindən 30 % kəsib.