Moskvada “iPhone 7” növbəsi

Bu gün Rusiyada “iPhone 7” smartfonlarının kütləvi satışına start verilib.

Bu gün Rusiyada "iPhone 7" smartfonlarının kütləvi satışına start verilib.

İKT.lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, səhər saatlarından etibarən 300-dən çox adam Qırmızı meydandakı QUM ticarət mərkəzi qarşısında növbəyə dayanıb. Bir çox "iPhone" fanatı isə ötən gün axşamdan mağazanın qapısında növbə tutub. Gecə gələnlərin sayı 230-u aşdıqdan sonra növbədə duranlar təşkilatlanıb və siyahı tərtib ediblər. Mağazanın işçiləri insanlara kağız biləklik paylayaraq mağaza açıldıqdan sonra bu biləkliyi təqdim edəcəkləri halda onlara smartfon satacaqlarını bildiriblər.  

Rusiyada 32 GB yaddaşa malik "iPhone 7"nin qiyməti 56 min 990 rubldan, 128 GB yaddaşa malik versiyanın qiyməti 65 min 990 rubldan başlayır. 256 GB yaddaşı olan "iPhone 7 Jet Black" 85 min 990 rubldur. "iPhone 7 Plus"ın qiyməti isə 67 min 990 rubldan başlayır. 128 GB yaddaşa sahib "iPhone 7 Plus Jet Black" versiyası 76 min 990 rubldur.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31