Cozef Danford: “Putin ABŞ-ın milli maraqları üçün ən böyük potensial təhlükədir”
25 Sentyabr 2016 08:33 DünyaABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri Cozef Danford Rusiyanın təcavüzkar hərəkətlərini ölkənin milli maraqları üçün ən böyük potensial təhlükə adlandırıb. Bu barədə "Amerikanın səsi" məlumat yayıb.
"Rusiya prezidenti Vladimir Putinin Ukrayna, Krım, Gürcüstandakı hərəkətlərinə baxdıqda, bu mənə deməyə əsas verir ki, Rusiyanın davranışları və mühüm qaynar nöqtələrdə silahlanma həcmi onları bizim üçün əsas çağırışa və ABŞ-ın milli maraqları üçün ən böyük potensial təhlükəyə çevirir", - deyə o bildirib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31