Bu da Ancelina Coli və Bred Pitin boşanma ərizəsi
Boşanma qərarları ilə bütün dünyanın diqqətini çəkən Ancelina Coli və Bred Pitin boşanma ərizəsi üzə çıxıb.
23 Sentyabr 2016 19:15 DünyaBoşanma qərarları ilə bütün dünyanın diqqətini çəkən Ancelina Coli və Bred Pitin boşanma ərizəsi üzə çıxıb.
Xarici KİV-in məlumatına görə, aktyorla 12 ildir birgə olan Coli ötən bazar məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib. Aktrisaya yaxın adamlar bildirir ki, bu qərar onun üçün çox ağır olub. Çünki Ancelina Piti hələ də sevir. Sadəcə, o, hazırda ancaq uşaqlarını düşündüyü üçün bu addımı atmaq məcburiyyətində qalıb.
Ərizədə 41 yaşlı aktrisa boşanmaq üçün səbəb kimi "Ailədaxili münaqişələr"i göstərib. Vəkil Laura Uasser uşaqların himayəsinin də Colidə qalmasını tələb edib.
İddialara görə, 52 yaşlı B.Pit 6 uşaqları ilə yola getmir, onlara qarşı zorakılıq nümayiş etdirirmiş. Colinin boşanmaq istəyi də bundan qaynaqlanır. Hətta dünən aktyora qarşı cinayət işi də açılıb.

