Dünya
Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir
Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ABŞ-a səfəri zamanı bildirib ki, lideri olduğu "Vahid Milli Hərəkat" partiyasının seçkilərdəki "qaçılmaz" qələbəsindən sonra ölkəyə dönəcək.
Polis əhaliyə atəş açdı - 52 nəfər öldü
Efiopiyada 3 milyon əhalinin milli-dini bayramını qeyd etdiyi zaman qanlı insident yaşanıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Əddis-Əbəbənin 45 kilometrliyində yerləşən Dberzit şəhərində Oromo qəbiləsinin bayramında əhali ilə polis arasında qarşıdurma yaranıb.
İŞİD liderinin yeməyinə zəhər qatdılar, vəziyyəti ağırdı
“İslam dövləti” qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zəhərləyiblər. Modern.az xəbər verir ki, bu barədə İraq mediası Naynava vilayətindəki mənbəsinə əsasən xəbər yayıb.
Türkiyədə partlayış: 2 ölü, 1 yaralı
Türkiyənin Hakkari vilayətində partlayış olub. Trend "Habertürk"ə istinadən məlumat verir ki, vilayətin Dağlıca ərazisində hərbi maşın keçən zaman baş verən partlayış nəticəsində 2 hərbçi ölüb, 1-i yaralanıb.
ŞOK: 726 tələbə qızı ZORLADILAR
Sabiq müdafiə nazirinə sui-qəsd edildi
Gürcüstanda naməlum şəxslər majoritar deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.
Son Dəqiqə! Türkiyədə PARTLAYIŞ: iki əsgər şəhid oldu, biri yaralandı
Hakkaridə Yüksekova Dağlıca bölgəsində hərbi avtomobilin hərəkəti zamanı meydana gələn partlayışda 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
Qıza dərman içirdib yatırtdıqdan sonra zorladı
İstanbulun Şişli bölgəsində 28 yaşlı A.T.-nin evində girov saxladığı qız tanışı - 23 yaşlı E.M. evdən qaçaraq polisə gedib. Universitet tələbəsi E.M., dərman içirdildikdən sonra təcavüz edildiyini söyləyincə polis evə basqın edib.
Təyyarəyə civə keçirtdi: 6 istiqamətə uçuş təxirə salındı
Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb. Report bildirir ki, buna səbəb aeroportda civə axıntısı olub. Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.
Qadın polisə şillə vurub, gözünü "oydu"
Türkiyədə qəribə hadisə baş verib. "Haberler" xəbər verir ki, taksidəki sərxoş qadın onları yoxlamaq üçün saxlatdıran qadın polis işçisini "əynindəki formaya güvənirsən?" deyərək şillələyib, sonra da barmağını gözünə soxub.
Bu ölkənin əhalisi əsrin fürsətindən imtina etdi
Kolumbiyalılar FARC terror təşkilatı ilə sülh müqaviləsi imzalanmasının əleyhinə çıxıblar.
Yunanıstanda 4,5 gücündə zəlzələ olub
Yunanıstan sahillərində 4,5 maqnitudalı zəlzələ baş verib. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Zakinf adasından 20,3 km cənub-şərqdə, ocağı isə 21,4 km məsafədə yerləşib.
Kadırov açıqladı: "Çeçenistanda sabitliyi pozanlar güllələnəcək"
Çeçenistanda sabitliyi pozanlar güllələnməlidir. Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Novoya Qazeta”ya açıqlamasında deyib. “Çeçenistan Respublikasında sabitliyi pozanlara atəş açılsın. Bunun qanuni olub-olmaması fərq etmir. Vurulsun. Anladınız? Onda problem də olmaz. Bax bu qanundur”, - Kadırov bildirib.
İŞİD Liviyada hollandiyalı jurnalisti öldürdü
Liviyanın Sirt şəhərində hollandiyalı jurnalist öldürülüb. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Niderlanddan olan jurnalist şəhərdə baş verən döyüşləri işıqlandırdığı zaman həlak olub. “Bu gün bir hollandiyalı jurnalist İŞİD snayperinin gülləsinə tuş gəlib. O, sinəsinə aldığı güllə yarasından dünyasını dəyişib”, deyə Misrata şəhər xəstəxanasının nümayəndəsi bildirib.Liviyanın Sirt şəhəri 2015-ci ildən İŞİD silahlılarının nəzarəti altındadır. May ayından şəhər uğrunda terrorçular və Liviya ordusu arasında şiddətli döyüşlər gedir.
Çində iki bina uçub, ölənlər var
Çinin Qansyü əyalətində iki binanın uçması nəticəsində 4 nəfər ölüb.














