Dünya

Ərdoğan və Putin nələri müzakirə etdi?

6 Oktyabr 2016 11:56

Dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon danışığında iki dövlət arasındakı əlaqələrlə yanaşı, Suriyadakı son hadisələr də müzakirə edilib. Dövlət başçıları Beynəlxalq Enerji Konqresi zamanı İstanbulda gerçəkləşəcək görüş haqqında da fikir mübadiləsi aparıblar. Prezidentlər bir neçə beynəlxalq layihə haqqında müzakirələr aparıb və iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini ifadə ediblər.

Rusiyada keçirilən konfransda erməni alimin məruzəsindən “Şərqi Ermənistan” sözləri çıxarılıb

6 Oktyabr 2016 11:53

Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya məktub ünvanlayıb.

"Avropaya ölümcül zərbə vurulacaq"

6 Oktyabr 2016 11:47

"Əl-Qaidə" terror təşkilatı Böyük Britaniya daxil olmaqla Avropa ölkələrində terror aktları törətmək niyyətindədir. Bu barədə azvision.az "The Times"a istinadən xəbər verir. 

Tramp: "Mən Putini sevmirəm"

6 Oktyabr 2016 11:45

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp seçiləcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə münasibətlərinin necə formalaşacağını bilmədiyini bəyan edib.

Tuba ərindən niyə ayrıldı? - SƏBƏB

6 Oktyabr 2016 11:43

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün və əri Onur Saylakın ayrılıq səbəbi bilinib. Milli.Az "Kelebek"ə istinadla bildirir ki, 4 il əvvəl serial çəkilişləri ilə bağlı ortaq qərara gəldiklərini açıqlayan ikili arasında anlaşılmazlıq olub.

500 milyon dollarlıq boşanma başlanır

6 Oktyabr 2016 11:39

Britaniyada ölkə tarixinin ən böyük boşanma prosesi başlayır. Daşınmaz əmlak maqnatı, milyarder Riçard Kerinq xanımı Jakidən ayrılmaq niyyətindədir.

"ABŞ Rusiya təyyarələrini Suriyada vurmalıdır"

6 Oktyabr 2016 11:37

ABŞ-ın rəhbərliyi altında yaradılan beynəlxalq koalisiya Suriya və Rusiya Hərbi Hava Qüvvələrini Suriya ərazisində uçuşlarını dayandırmağa məcbur etməlidir.

10 illik evliliklərini bitirdilər

6 Oktyabr 2016 11:35

Türkiyənin məşhur cütlüyü - Belçim Bilgin və Yılmaz Erdoğanın boşandıqları iddia edilir. Milli.Az bildirir ki, bu barədə məlumatı "Sabah" qəzetinin yazarı yayıb. O qeyd edib ki, ikili 2013-cü ildən bəri boşanmaq istəsə də, axır ki, istədikləri olub. Onlar bunu hər kəsdən gizlədiblər.

İŞİD erməniləri raketlə vurdu - 3 ölü, 1 yaralı

6 Oktyabr 2016 11:31

Suriyanın Hələb şəhərinə atılan raket erməni əsilli 1959-cü il təvəllüdlü Akop Calalyanın ölümünə səbəb olub.

Son dəqiqə! Məhkəmə binası boşaldılır

6 Oktyabr 2016 11:29

Türkiyədə polisə məhkəmə binasına bomba qoyulması ilə bağlı məlumat daxil olub. "Milliyet" bildirir ki, polisə daxil olan məlumatla bağlı Antalyadakı məhkəmə binası boşaldılır.

Qəzzanı bombaladı, qayıdarkən qəzaya düşüb öldü

6 Oktyabr 2016 11:28

Qəzzaya hava hücumu təşkil edən İsrail döyüş təyyarəsi qəzaya uğrayıb. Axar.az bildirir ki, F-16 tipli qırıcı Ramon hərbi bazasına enərkən alovlanıb.   İsrail Müdafiə Nazirliyi pilotun həlak olduğunu, köməkçisinin isə yüngül yaralandığını açıqlayıb. Təyyarənin qəza səbəbləri barədə məlumat verilməyib.

Ohanyan imtina etdi - KTMT-ya eks-nazir gətirilir

6 Oktyabr 2016 11:26

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərlik etməkdən imtina edib.

Yarımçıq doğulan körpələrdə göz xəstəliyi - Vaxtında aşkarlanmasa...

5 Oktyabr 2016 19:55

Vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) yarımçıq doğulan körpələrdə rast gəlinən və uşaqlıq zamanı korluğasəbəb olan göz xəstəliyidir. Bu xəstəliyə 32 həftədən tez və 1500 qr-dan az çəkisi olan yenidoğulmuşlarda rast gəlinir. Hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur və erkən doğuşların sayı gündən-günə artmaqdadır.

“Panasonic” şirkəti gözəgörünməz televizor təqdim edib

5 Oktyabr 2016 19:40

“Panasonic” şirkəti “OLED” texnologiyası əsasında hazırlanmış şəffaf televizorun yeni versiyasını təqdim edib. Qurğu şkafın qapısına qurulub və adi şüşəyə oxşayır. Bu halda displeyin arxa tərəfi işıqlı olduğu halda da təsvirin keyfiyyəti dəqiqdir. Ekranın arxa tərəfi qaranlıq olduqda təsvir keyfiyyət üzrə standart qurğularla rəqabət edə bilər.

Məlumatların saxlanılması və dinamik “3D” holoqramların yaradılması üçün innovativ material icad edilib

5 Oktyabr 2016 19:33

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunda işləyən alimlər komandası tərəfindən keçirilmiş yeni tədqiqat çərçivəsində məlumatların daha effektiv saxlanılması və "3D" holoqramların yaradılması üçün yeni material hazırlamaq mümkün olub.