"Avropaya ölümcül zərbə vurulacaq"
"Əl-Qaidə" terror təşkilatı Böyük Britaniya daxil olmaqla Avropa ölkələrində terror aktları törətmək niyyətindədir. Bu barədə azvision.az "The Times"a istinadən xəbər verir.
6 Oktyabr 2016 11:47 Dünya"Əl-Qaidə" terror təşkilatı Böyük Britaniya daxil olmaqla Avropa ölkələrində terror aktları törətmək niyyətindədir.
Bu barədə azvision.az "The Times"a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, terrorçular İŞİD-in Suriyada məğlub duruma düşməsi fonunda Avropa ölkələrində terror aktları təşkil etmək istəyirlər.
"Terrorçular Avropaya ölümcül zərbə vurmaq üçün vaxt gözləyirlər", - deyə xəbərdə vurğulanır.
Böyük Britaniya müdafiə naziri Maykl Fellon qəzetə bildirib ki, "Əl-Qaidə" terror təşkilatı Krallığın təhlüksəzliyinə birbaşa təhdiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31