"ABŞ Rusiya təyyarələrini Suriyada vurmalıdır"

ABŞ-ın rəhbərliyi altında yaradılan beynəlxalq koalisiya Suriya və Rusiya Hərbi Hava Qüvvələrini Suriya ərazisində uçuşlarını dayandırmağa məcbur etməlidir.

ABŞ-ın rəhbərliyi altında yaradılan beynəlxalq koalisiya Suriya və Rusiya Hərbi Hava Qüvvələrini Suriya ərazisində uçuşlarını dayandırmağa məcbur etməlidir.

Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Makkeyn söyləyib. Onun sözlərinə görə, Suriya böhranına yeni yanaşma Rusiya təyyarələrinin ölkə üzərində uçuşlarının dayandırılmasından sonra başlamalıdır:
 
"ABŞ və onun tərəfdaşları Əsədə ultimatum verməlidirlər ki, əgər uçuşlar dayandırılmasa, təyyarələri məhv ediləcək. Biz Rusiyaya anlatmalıyıq ki, onların təyyarələrinə təhlükə yaradacaq bütün tədbirləri görə bilərik. Vaşinqtonun Suriya ilə bağlı yeni strategiya hazırlamağının vaxtı çatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31