Dünya
“Google” şirkəti “Pixel” smartfonunu təqdim edib
“Google” korporasiyası “Pixel” adlı smartfonunu təqdim edib. Smartfon iki versiyada təqdim edilib: 5 düymlük diaqonala malik ekranla təchiz edilmiş “Pixel” və 5.5 düymlük ekranla təchiz edilmiş “Pixel XL”. “iPhone”nun rəqibi olan aparat 12.3 meqapiksellik kamera ilə təchiz edilib. “Google”un nümayəndələri əmin ediblər ki, sözügedən smartfon öz xarakteristikalarına görə analoqlarını geridə qoyur. “DxOMark” internet resursunun mütəxəssislərinin qiymətləndirməsi bunu sübut edir. Həmçinin 8 meqapiksellik ön kamera var.
“Ağıllı” “Google Wi-Fi” qurğusu pauzaya qoyulur
"Google" şirkəti "Pixel" smartfonlarının təqdimatı çərçivəsində "ağıllı" ev üçün "Google Wi-Fi" marşrutlayıcısını nümayiş etdirib. Şirkət routerin yaradılmasında simsiz həllər bazarının liderləri, o cümlədən "TP-LINK" və "ASUS" ilə əməkdaşlıq edib. Yeni "ağıllı" qurğu istifadəçilərə evdə siqnalın pis qəbul edilməsini aradan qaldırmağa kömək edərək tezlik və kanalların optimal sazlamasını avtomatik seçərək quraşdıracaq. Ev qurğuları ekosistemi ilə inteqrasiya edilən "Google Wi-Fi" marşrutlayıcısını smartfonda asanlıqla qurmaq olar.
Boşandığı əri ilə barışdı, ikinci dəfə toy olacaq
Keçən il sevgililər günündə toy edən, 6 ay sonra isə boşanan aparıcı Nazlı Çelik və iş adamı Serdar Bilgili barışıblar.
Uşaqlarının gözü qarşısında "arvadını" satdı
Türkiyədə daha bir əxlaqsızlıq yuvası aşkar edilib. Türkiyə mətbuatı bildirir ki, Adanada nikahsız həyat yoldaşını fahişəliyə məcbur edən kişi saxlanılıb. Qadın isə sərbəst buraxılıb.
"Rusiya və ABŞ-sız sülh olmayacaq"
Rusiya və ABŞ arasında anlaşma və razılıq olmadan Suriyada atəşkəsin və ya zorakılığın azalacağına dair ümidlər yoxdur.
Olland eks-prezidentlərin pulunu kəsdi
Fransa prezidenti Fransu Olland sabiq prezidentlərin saxlanılmasına dövlət büdcəsindən ayrılan xərcləri ixtisar etmək barədə fərman imzalayıb.
Putin "Rosatom"un direktorunu işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin "Rosatom" (Rusiya Dövlət Nüvə Enerji Şirkəti) korporasiyasının baş direktoru Sergey Kiriyenkonu prezident administrasiyasının başçısının birinci müavini təyin edib.
Dünyanın müxtəlif ölkələrində məktəblilərin günorta yeməyi
“Sweetgreen” restoranlar şəbəkəsi bütün dünyada şagirdlərin günorta yeməyini müqayisə etmək qərarına gəlib.
ABŞ zabiti: "Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir"
İraq ərazisində olan Türkiyə hərbçiləri İraq hökumətinə İŞİD ilə mübarizədə dəstək verən beynəlxalq koalisiya qüvvələrinə daxil deyil.
İraq baş nazirindən Türkiyə açıqlaması - Müharibə proqnozu verdi
Türkiyənin İraqdakı hərbi əməliyyatları daha bir il uzatması ilə bağlı iki ölkə arasında gərginlik son həddə çatıb.
Putin: "Narışkin yaxşı kəşfiyyatçıdır"
Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Xarici Kəşfiyyat İdarəsinin mənzil qərargahına gələrək kollektivə qurumun yeni rəhbəri Sergey Narışkini təqdim edib.
Ərdoğanın müşaviri "FETÖ" ilə mübarizəyə görə Azərbaycan hökumətinə təşəkkür etdi
“Hər bir ölkədə böyük islahatlar aparılması üçün mütləq Konstitusiyaya əlavə və dəyişiklik edilməkidir. Ana qanunun dəyişdirilməsi üçün isə mütləq referendum keçirilməlidir”
Ermənistan ordusunda qətl və intihar hallarının sayı 4 dəfə çoxalıb
Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.
Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib
Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Txin Çjo qərar imzalayıb.
"NATO Suriya və İraqda quru əməliyyatlarında iştirak etməyəcək"
"NATO Suriya və İraqda quru əməliyyatlarında iştirak etməyəcək". TASS xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanda bu ölkəyə donor yardımına həsr edilmiş konfransda bildirib.














