Dünya

Mərakeşin Azərbaycanda yeni səfiri təyin olunub

14 Oktyabr 2016 11:28

Mərakeş kralı VI Məhəmməd Azərbaycana yeni səfir təyin edib. APA bildirir ki, yeni səfir Məhəmməd Adil Ambarxdır.

Türkiyədə 2 partlayış: yaralı əsgərlər var

14 Oktyabr 2016 11:22

Bu gün səhər saatlarında Türkiyənin 2 fərqli ərazisində mina partlayıb. "Hürriyet" xəbər verir ki, Hakkarinin Şemdinli mahalında PKK terrorçuları tərəfindən yerə döşənilmiş minanın hərbi avtomobilin keçidi zamanı partladılması nəticəsində, ilkin məlumatlara görə, 4 əsgər yaralanıb.

Putin ən güclü adamını İrəvana göndərdi

14 Oktyabr 2016 11:21

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana gəlib. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Yevgeni Anoşin söyləyib.

Türkiyədə “Kurtlar Vadisi”ni çəkən şirkət haqqında çevriliş cəhdi ilə əlaqədar təhqiqat başlayıb

14 Oktyabr 2016 11:18

İstanbul Baş Prokurorluğu məşhur “Kurtlar Vadisi” teleserialını çəkən “Pana Film” haqqında təhqiqata başlayıb.

Məşhur alimdən qorxulu xəbərdarlıq

13 Oktyabr 2016 20:00

Bəşəriyyət kosmosu mənimsəməli və son nəticədə Yerdən kənarda məskunlaşmalıdır, əks halda məhvə məhkumdur. Bu fikri dünya şöhrətli Britaniya nəzəriyyəçi-fiziki Stiven Hokinq Sidney Opera Teatrında translyasiya olunan mühazirə zamanı deyib.

Köhnə "Kösəm Sultan"dan yenisinə: "Bütün qəlbimlə..."

13 Oktyabr 2016 19:06

"Möhtəşəm yüz il: Kösəm"in ilk seriyalarında çəkilən yunan aktrisa Anastasia Tsilimpiou Nurgül Yeşilçaya səslənib.

Türkiyə və İsrail 10 günə səfirlər təyin edəcəklər

13 Oktyabr 2016 19:02

Türkiyə və İsrail 10 gün ərzində qarşılıqlı olaraq səfirlər təyin edəcəklər. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

Cenevrə aeroportunda şübhəli terrorçu saxlanıldı

13 Oktyabr 2016 18:54

Cenevrə hava limanında üzərindəki bombanı partlatmağa hazırlaşan şübhəli terrorçu saxlanılıb.

Sahib Alıyev: “Sərkisyanın bir qara qəpik qiyməti yoxdur”- MÜNASİBƏT

13 Oktyabr 2016 18:35

“Ermənistan prezidenti Serj Sərkisyanın Nyu-Yorkda təşkil etdirdiyi forumun sadə dildə desək, bir qara qəpik qiyməti yoxdur və olmayacaq”.SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib.

BMT-nin yeni baş katibi seçilib

13 Oktyabr 2016 18:21

BMT-nin yeni baş katibi seçilib. APA-nın məlumatına görə, bu portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Putinin köməkçisi: “Moskvanın Qarabağ nizamlanması ilə bağlı böyük nikbinliyi yoxdur”

13 Oktyabr 2016 18:17

“Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov: "Ermənistana silah verməyimizdə Azərbaycan üçün gözlənilməz heç nə yoxdur"

13 Oktyabr 2016 18:14

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərini açıqlayıb.

Rusiyanın Ermənistandakı hərbi bazasında əsgər bıçaqlandı

13 Oktyabr 2016 18:12

Bu gecə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında insident yaşanıb. Modern.az bildirir ki, burada xidmət edən əsgərlərdən biri bıçaqlanıb. Oktyabrın 12-dən 13-nə keçən gecə saat 03:00-da əsgər yaralı vəziyyətdə Marmaraşen şossesinin kənarında aşkar olunub. Onu adı və kimin tərəfindən bıçaqladığı, hələ ki, açıqlanmır.

Beynəlxalq təşkilat Gülən hərəkatını terror təşkilatı kimi tanıdı

13 Oktyabr 2016 18:09

Fars körfəzinin ərəb dövlətlərinin Əməkdaşlıq Şurası Fəthullah Gülən hərəkatını terror təşkilatı kimi tanıyıb.