Dünya

İraq ordusu qədim şəhəri terrorçulardan azad edib

18 Oktyabr 2016 11:41

Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İraq ordusunun nəzarətinə keçib. Report bildirir ki, Nimrud şəhəri üzərində İraqın dövlət bayrağı qaldırılıb. Məlumata görə, ötən ilin martında terrorçu İŞİD qruplaşması bu şəhəri ələ keçirərək, tarixi abidələri dağıdıb.

Mosul "cəhhənəm"i davam edir

18 Oktyabr 2016 11:39

İraq qoşunları Mosulu İŞİD döyüşçülərindən azad etmək üçün ikinci gündür döyüşləri davam etdirir və iraqlı döyüşçülər "cədvəl"i qabaqlayıblar.

Özbək general Dustum yaralanıb!!

18 Oktyabr 2016 11:37

Əfqanıstanın vitse -prezidenti özbək general Əbdül Rəşid Dustum yaralanıb.Dustum ölkənin şimalındaki Fəryab əyalətinə ezamiyyət zamanı Kaysor qəsəbəsi yaxınlığında Talibançıların intihar hücumu nəticəsində yaralanıb. Hücum nəticəsində generalın iki cangüdəni də həlak olub.Dustum isə hücumdan sağ olaraq xilas olub. Generalın yüngül xəsarətlər aldığı bildirilir. Uzun illər davam edən Əfqan müharibəsində general Dustum özünü səriştəli bir hərbiçi kimi göstərib və hal- hazırda da Fərayb vilayətində Talibana qarşı aparılan hərbi əməliyyatlara rəhbərlik edir. Xəbəri “Olaylar” ın Türkiyə bürosu yayıb.

İraqda İŞİD-in nəzarət etdiyi 200 kvadrat kilometrlik ərazi azad edilib

18 Oktyabr 2016 11:24

Şimali İraqdakı kürd silahlı birləşmələri Mosulun “İraqŞam İslam Dövləti” terror təşkilatından azad edilməsi əməliyyatı çərçivəsində terrorçuların mövqelərinin 10 kilometr dərinliyinə qədər irəliləyiblər. Beləliklə, 200 kv. kilometrə yaxın ərazi nəzarətə götürülüb.

ABŞ-ın Montana ştatında 18 oktyabr “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib

18 Oktyabr 2016 11:20

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan edib.

Kosmosdan enerji almaq mümkün olacaq

17 Oktyabr 2016 19:50

Yaponiyanın “J Space Systems” şirkəti dünya ictimaiyyətinə kosmosdan enerji almağa imkan verəcək yeni texnologiya təqdim edib. Qurğunun yerətrafı stansiyalardan enerjinin ötürülməsində faydalı olacağı gözlənilir.

“Microsoft” rəsmən “Windows Server 2016” server platformasını təqdim edib

17 Oktyabr 2016 19:40

“Microsoft” korporasiyası “Windows Server 2016” server platformasının yeni versiyasını təqdim edib.  “Windows Server 2012 R2” relizindən 3 il sonra çıxarılmış “Windows Server 2016” biznesin rəqəmli transformasiyası məsələləri nəzərə alınaraq hazırlanıb və korporativ server infrastrukturunun daha səmərəli işləməsi üçün innovativ alətlərdən ibarətdir.

Elastik klaviatura formasında mini-kompüter təqdim olunub

17 Oktyabr 2016 19:36

“GeekBuying” onlayn mağazası “Windows 10” əməliyyat sistemi işləyən mini-fərdi kompüteri özündə birləşdirən elastik klaviaturaya ilkin sifarişlərin qəbuluna başlayıb. Cari ayın sonunda “Vensmile K8” adlı klaviatura formasında mini-kompüterin tədarüklərinə başlanılacaq.

Cennifer Lopez rəqsi ilə heyran etdi - video

17 Oktyabr 2016 19:31

Müğənni Cennifer Lopez İnstaqramda paylaşdığı son rəqsi ilə fanatlarını sevindirib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı ifaçının qıvraqlığı və pozitivliyi sevınlərini heyran edib. Video qısa zamanda sosial mediada yayılıb.

Dünyasını dəyişən aparıcının mirası kimə qaldı?

17 Oktyabr 2016 19:26

Star TV-də yayımlanan "Duymayan kalmasın" proqramında zəng vuran Qürur Aydoğan bir neçə ay əvvəl dünyasını dəyişmiş anası, aktrisa Oya Aydoğanın mirasından danışıb.

Əri boşanmamaq üçün yalvarır, Demet isə 10 milyon tələb edir

17 Oktyabr 2016 19:20

Model Demet Şenerin basketbolçu İbrahim Kutluaydan boşanma qərarı medianın gündəmindədir.

Tarkandan xanımına qadağa

17 Oktyabr 2016 19:15

Bu il 29 apreldə evlənən türk müğənni Tarkanın həyat yoldaşı Pınar Dilekin sosial mediadan istifadə etməsinə qadağa qoyduğu üzə çıxıb.

Deniz Akkayaya həbs cəzası

17 Oktyabr 2016 19:10

Model Deniz Akkaya keçmiş sevgilisi Murat Varolu ölümlə təhdid etdiyi üçün 2 ay 15 gün həbs cəzası alıb.